Mobil versiya
ABŞ Konqresi Fələstin tərəfdarı hərəkətlərə qarşı yönəlmiş qanun layihəsini qəbul edib
Tarix: 02-05-2024 | Saat: 09:23
Bölmə:Özəl | çapa göndər

ABŞ Konqresi Fələstin tərəfdarı hərəkətlərə qarşı yönəlmiş qanun layihəsini qəbul edib

ABŞ Konqresinin Aşağı Palatası antisemitizmlə mübarizə üçün universitet şəhərciklərində Fələstinə dəstək məqsədilə keçirilən çoxsaylı etiraz aksiyalarına yönəlmiş qanun layihəsini qəbul edib. Bu barədə Washington Post məlumat yayıb.
320 konqresmen qanun layihəsinin lehinə səs verib, 91 qanunverici təşəbbüsü dəstəkləməyib. Bundan sonra səsvermə Senatda keçirilməlidir.

Qanun layihəsi Amerika qanunvericiliyində antisemitizmin aydın tərifini yaradacaq və ABŞ Təhsil Departamenti daha sonra bu cür davranışa dözümlü olan akademik qurumlardan maliyyə vəsaitlərini çıxarmaq üçün istifadə edə bilər. Belə ki, qanun qəbul olunarsa, Fələstin tərəfdarı mitinqlərdə tələbələrin tez-tez tutduqları Fələstin ərazilərində intifadaya çağıran plakatlar antisemitizmin təzahürü kimi qiymətləndiriləcək.Bundan sonra Təhsil Departamenti federal tədqiqat qrantlarını ləğv edə və bu cür fikirləri ifadə edən tələbələrə qarşı cəza tədbirləri görməyən bir universitet üçün digər maliyyələşdirməni dayandıra bilər.

Öz növbəsində vətəndaş azadlıqlarının tərəfdarları hesab edirlər ki, belə bir qanunun qəbulu söz və siyasi fikirlərin ifadə azadlığını xeyli məhdudlaşdıracaq.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024