Mobil versiya
Bu gün Azərbaycan - Rusiya münasibətləri yüksək səviyyədədidr
Tarix: 24-04-2024 | Saat: 11:12
Bölmə:Özəl | çapa göndər

Bu gün Azərbaycan - Rusiya münasibətləri yüksək səviyyədədidr

Azərbaycan bir dövlət kimi yarandığı dövrdən etibarən tarixi köklərə , öz milli mental dəyərlərinə sadiq qalaraq yerləşdiyi coğrafi mövqedə olan dövlətlərlə yaxın qonşuluq əlaqələrində olmuşdur. Təbii ki, bu qonşu dövlətlərdən olan Ermənistanın bizə qarşı tarixən torpaq iddialarında olması və düşmənçilik mövqeyi seçməsinə baxmayaraq, Azərbaycan daima humanizm prinsipini əldə əsəs tutaraq onlarla da mehriban qonşuluq əlaqələrinin qorunub saxlanmasına cəhdlər etmişdir. Lakin zaman-zaman mənfi məcrada kök atan erməni riyakarlığı , erməni xisləti, erməni vandalizmi onlara qarşı etdiyimiz bütün güzəştlərin üstündən qalın bir xətt çəkdi. Təbii ki, sülhsevər dövlətimiz belə haqsızlıqlara uzun müddət dözdü və erməni özbaşınalığı öz pik həddinə çatdı . Nəhayət 2020-ci ilin sentyabrında başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı haqq-ədalət bərqərar oldu , Azərbaycan öz tarixi torpaqlarını mənfur erməni işğalçılarından azad etdi. Bölgədə qərarlaşan bütün qonşu dövlətlərlə dostluq , qonşuluq əlaqələrinin düzgün xətt üzrə inkişafı və qorunub saxlanması Prezidentimiz İlham Əliyev cənablarının qarşıya qoyduğu prioritet məsələlərdəndir. Regionumuzun ən böyük dövləti olan Rusiya ilə münasibətlərimizin yüksək səviyyədə olması bütün sadalananların bariz nümunəsidir. Azərbaycanla Rusiya əlaqələrinin kifayət qədər qədim tarixi var. Hazırda iki ölkə arasında yaxşı qonşuluq və dostluq əlaqələri mövcuddur. Rəsmi Bakı və Moskva beynəlxalq platformalarda bir-birilərini hər zaman dəstəkləyiblər. Prezidentlər İlham Əliyev və Vladimir Putin arasındakı şəxsi münasibətlər Azərbaycan-Rusiya əlaqələrinin inkişafına daha böyük təkan verib. Xüsusi qeyd etmək lazımdır ki, bu gün Azərbaycan Prezidentinin Rusiya üçün strateji əhəmiyyətə malik olan Baykal-Amur Magistral dəmiryolunun 50 illik yubileyinə dəvət edilməsi və Rusiya Prezidentinin Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev haqqında müsbət və yüksək fikirlər bildirməsi ölkəmizə və onun rəhbərliyinə verdiyi dəyərin növbəti təzahürüdür. Ötən il Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Rusiyada çoxsaylı tədbirlər keçirildi. Bu da onu göstərir ki, Rusiyada xalqımızın böyük oğlu Heydər Əliyevin xatirəsi həmişə uca tutulur.
Digər bir vacib məsələ də dövlət başçısının Rusiyaya səfərinin sülhməramlı kontingentin ölkəmizi tərk etməsi fonunda həyata keçməsidir. Bu səfərdən aydın olur ki, hər iki ölkənin lideri bu məsələdə qarşılıqlı dialoq əsasında anlaşıb, razılaşıblar. Azərbaycan hər zaman qonşu dövlətlərlə münasibətlərinin məhz belə bir məcrada qurulmasının tərəfdarı olub. Sülhməramlı kontingentin də bu gün ölkəmizi tərk etməsi müdrik siyasətin nəticəsidir.
Bəli bütün bunlar onu deməyə əsas verir ki, bu gün iki dövlət arasındakı münasibətlərin bundan sonra da artan templə inkişaf etməsinə zəmin yaradır və belə yaxın əlaqələr fonunda Baykal-Amur Magistral yolunun çəkilişində iştirak edən veteranlarla Vladimir Putinin görüşündə dövlət başçımız İlham Əliyevin iştirakı, Azərbaycan-Rusiya münasibətlərinin nə qədər yüksək səviyyədə olduğunu növbəti dəfə nümayiş etdirir.
Artıq dünyanın bir çox aparıcı dövlətləri Azərbaycanın bu kimi uğurlarını həzm edə bilmir, Azərbaycan-Rusiya münasibətlərinə qibtə ilə yanaşırlar. Bu da müstəqil dövlətimizin Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə inamla öz işıqlı , çiçəklənən gələcəyinə doğru sürətlə irəliləməsini bir daha sübut edir.

Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024