Mobil versiya
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu haqqında qanun TƏSDİQLƏNİB
Tarix: 22-04-2024 | Saat: 14:46
Bölmə:Siyasət / Karusel | çapa göndər

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu haqqında qanun

Qırğızıstan Prezidenti Sadır Japarov “Qırğız Respublikasının Nazirlər Kabineti ilə Azərbaycan-Qırğızıstan İnkişaf Fondu arasında Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Qırğızıstan Respublikası ərazisində qalma şərtləri haqqında” Sazişin təsdiq edilməsi haqqında qanunu imzalayıb.

aia.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu qanunun məqsədi ölkədə inkişaf fondunun fəaliyyəti üçün əlverişli şərait yaratmaqdır.

Sənəddə qeyd olunub ki, fondun Qırğızıstan vətəndaşı olmayan vəzifəli şəxsləri və əməkdaşları müvafiq rütbəli diplomatik nümayəndələrə verilən güzəşt və imtiyazlardan istifadə edirlər.

Xatırladaq ki, fondun yaradılması ilə bağlı razılıq Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin oktyabrında Qırğızıstana dövlət səfəri zamanı əldə olunub.

Fondun nizamnamə kapitalı 25 milyon ABŞ dollarıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024