Mobil versiya
Hacıqabulda 21 yaşlı qadın itkin düşdü
Tarix: 18-04-2024 | Saat: 10:55
Bölmə:Ölkə | çapa göndər

Hacıqabulda 21 yaşlı qadın itkin düşdü

Hacıqabul rayon sakini itkin düşüb.

aia.az DİN-ə istinadən xəbər verir ki, Hacıqabul rayon sakini, 2003-cü il təvəllüdlü Təhməzova Tünzalə İlham qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. T.Təhməzovanın əlamətləri: boyu 171 sm, qara saçlı, orta bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir.

Evdən çıxan zaman üzərində göy rəngli gödəkcə, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Hacıqabul Rayon Polis Şöbəsinə (055-717-87-84) nömrəsinə məlumat vermələri xahiş olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024