Mobil versiya
CƏNAB PREZİDENT İLHAM ƏLİYEV TƏRƏFİNDƏN REGİONLARIMIZ UĞURLA İNKİŞAF ETDİRİLİR
Tarix: 18-04-2024 | Saat: 10:21
Bölmə:Özəl | çapa göndər

CƏNAB PREZİDENT İLHAM ƏLİYEV TƏRƏFİNDƏN REGİONLARIMIZ UĞURLA İNKİŞAF ETDİRİLİR

Ölkənin ikinci ən böyük kanalı olan Yuxarı Şirvan suvarma kanalı 1958-ci ildə istifadəyə verilib. Məcralı başlanğıcını Mingəçevir su anbarından götürən bu kanal Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Kanalın suötürmə qabiliyyəti saniyədə 78 kubmetr və uzunluğu 122 kilometrdir. Kanal 65 ildən artıq fasiləsiz istismar edildiyindən illik su itkilərinin kəskin artması və qurğuların qəzalı vəziyyətə düşərək funksiyalarını itirməsinə səbəb olub.  Bunun da nəticəsində həmin ərazidə mövcud əkin sahələrinin vegetasiya dövründə suvarma suyu ilə təminatında çatışmazlıqlar yaradıb, bölgənin suya daim artan tələbatının ödənilməsindəki gərginliyi daha da dərinləşdirməklə ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb. Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə aprelin 8-də Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb.
Aprelin 16-da Azərbaycan Prezidenti cənab İlham Əliyev Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub. Təməlqoyma mərasimində çıxış edən dövlət başçısı üç ildən sonra,  2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışının keçiriləcəyini əminliklə bildirib. Qeyd edilib ki, kanalın istifadəyə verilməsindən sonra ərazidə əkin sahələri iki dəfədən çox artırılacaqdır. Cənab Prezident İlham Əliyev bildirib ki, “İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək.Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi, bax, arxamdakı Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır”. Vurğulanıb ki, vaxtilə Yuxarı Qarabağ kanalı adlanan Qarabağ kanalının inşası ilə əlaqədar dövlət başçısı tərəfindən Sərəncam imzalanıb. Yaxın vaxtlarda texniki-iqtisadi əsaslandırma işləri aparılacaq və onun nəticəsində yeni layihə işlənib hazırlanacaqdır. Qarabağ kanalının inşası gələn il üçün nəzərdə tutulub. Ölkədə qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi - bütün bu amillər inkişafın göstəriciləridir. Həmçinin, iqlim dəyişikliyi ilə bağlı dünyada, o cümlədən Azərbaycanda böyük narahatlıq vardır. Bu il kifayət qədər qar, yağış yağmışdır və ölkədəki su hövzələrində və su anbarlarında kifayət qədər su toplanıb. Təəssüf ki, əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Dağlarda daha az qar yağırdı, çaylarda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşürdü, bəzi hallarda əsas çaylar quruyurdu. Bu gün Xəzər dənizinin dayazlaşması göz önündədir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək ölkə qarşısında duran başlıca vəzifələrdəndir. Vaxtilə Ermənistan tərəfindən ərazimizin bir hissəsinin işğalı ilə təkcə bizim torpaqlarımız yox, həm də su resursları da işğal edilmişdi. Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində isə Azərbaycan öz su mənbələrinə tam sahib oldu. Hesablamalara görə Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları ölkənin ümumi su resurslarının 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır.
Dövlət başçısının öz çıxışında qeyd etdiyi kimi, “İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət almışdır. Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində orada həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik. Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkərək belə bir çağırışı səsləndirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. 

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Elşən Əzizov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024