Mobil versiya
Apple bu il 4 ədəd iPhone 12 təqdim edə bilər
Tarix: 09-04-2020 | Saat: 21:15
Bölmə:Media | çapa göndər

Apple bu il 4 ədəd iPhone 12 təqdim edə bilər







İnsayder Jon Prosser-in sözlərinə görə Apple şirkəti bu ilin payız fəsli üçün 4 ədəd iPhone 12 modelinin təqdimatını hazırlayır. İnsayder qeyd edb ki, iPhone 12 modellərinin prototipləri artıq hazırdırlar. Buna görə də yaxın 1-2 ay ərzində smartfonların render fotoları ortaya çıxa bilər. Bu barədə Gagadget saytı xəbər verib. Məlumatda qeyd edilib ki, sözgüedən smartfonlar öz aralarında ekran ölçüləri və arxa kameraların saylarına görə fərqlənəcəklər. Həmçinin yeni iPhone modellərinin ekranlarında çıxıntı hissə olduğu kimi qalacaq. Lakin keçmiş və aktual modellər ilə müqayisədə iPhone 12 modellərində həmin çıxıntı hissə daha kiçik olacaq. Smartfonlar 5G şəbəkə dəstəkli Apple A14 Bionic prosessoru ilə təchiz olunacaqlar. Beləliklə Apple şirkəti bu il aşağıdakı smartfonları təqdim etməlidir:



-iPhone 12 (kod adı D52G) - 5.4 düym ekran, alüminium gövdə və ikili arxa kamera

- iPhone 12 (kod adı D53G) - 6.1 düym ekran, alüminium gövdə və ikili arxa kamera

- iPhone 12 Pro (kod adı D53P) - 6.1 düym ekran, paslanmaz poladdan hazırlanmış gövdə və üçlü arxa kamera + LiDAR skaner

- iPhone 12 Pro (kod adı D54P) - 6.7 düym ekran, paslanmaz poladdan hazırlanmış gövdə və üçlü arxa kamera + LiDAR skaner.

Yeni iPhone modelləri ənənə üzrə sentyabr ayında təqdim olunmalıdırlar. Lakin smartfonların təqdimatlarına və satışa çıxma tarixlərinə həmçinin koronavirus da təsir göstərə bilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024