Mobil versiya
Bakıda iki sərnişin avtobusu və iki maşın toqquşdu
Tarix: 22-11-2016 | Saat: 11:49
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər



Bakıda iki sərnişin avtobusunun iştirakı ilə zəncirvarı qəza baş verib.


APA-nın məlumatına görə, hadisə ötən gecə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində qeydə alınıb.

57 saylı marşrut xətti ilə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun sürücüsü dayanacağa yaxınlaşdıqda idarəetməni itirib.

Nəticədə avtobus “Mercedes” markalı minik avtomobilinə çırpılıb. Zərbənin təsirindən “Mercedes” qarşısındakı “Daewoo” markalı 40 saylı marşrut avtobusuna, həmin avtobus da “Toyota” markalı minik maşınına dəyib.

Qəza nəticəsində xəsarət alan 2 nəfər - 1989-cu il təvəllüdlü Əliyev Ruslan Mənsur oğlu və Mənsurova Elmira Şirəli qızı hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Daha bir nəfərə isə hadisə yerində tibbi yardım göstərildikdən sonra buraxılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024