Mobil versiya
Vaqif Aydınoğlu ATV-də yüksək vəzifəyə gətirildi, iki serial dayandırıldı
Tarix: 27-09-2017 | Saat: 16:51
Bölmə:Gündəm / Karusel | çapa göndər

Vaqif Aydınoğlu ATV-də yüksək vəzifəyə gətirildi, iki serial dayandırıldı


ATV telekanalında kadr dəyişiklikləri davam edir.


AİA.az Azvision.az-a istinadən xəbər verir ki, İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğlu müvəqqəti olaraq “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezidenti vəzifəsinə təyin olunub.

İctimai-siyasi verilişlər departamenti isə müvəqqəti olaraq Ceyhun Əliyə tapşırılıb.

ATV-nin yeni rəhbərinin qərarı ilə telekanalda yayımlanan "Bozbash Pictures" və "Bacanaqlar" serialının yayımı dayandırılıb.

Yaxın günlərdə telekanalın strukturunda ciddi islahatların aparılacağı gözlənilir. Bundan əlavə bəzi əyləncəli verilişlərin də bağlacağı bildirilir.

Qeyd edək ki, ötən gün ATV-nin təsisçilərinin qərarına əsasən Vüqar Qaradağlı telekanalın rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Kanalın idarəçiliyi müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024