Mobil versiya
“Bacımı və onun ailə üzvlərini öldürmək...”
Tarix: 13-09-2015, 12:51 | Saat: 15:47:00
Bölmə:Hadisə / Manşet2 / Karusel | çapa göndər

“Bacımı və onun ailə üzvlərini öldürmək...”

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Yaşar Əzimovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

Aia.az virtualaz.org saytına istinadən xəbər verir ki, prosesə hakim Eynulla Vəliyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Yaşar Əzimov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaqla müəyyən edilib ki, Yaşar Əzimov bu il yanvarın 7-də yaşadığı Zabrat qəsəbəsi, Həzi Aslanov küçəsindəki ünvanda bacısı İzzətxanım Novruzova ilə mübahisə edib. Bacı ilə qardaş arasında yaranan mübahisəyə səbəb isə onların uşaqlarının dava etməsi olub.

Mübahisə zamanı əsəblərini cilovlaya bilməyən qardaş bacısı oğlu Rəşad Novruzovun gözləri qarşısında ona bıçaqla zərbə endirib. Həmçinin qonşu otaqdan səs-küyə gələn bacısının həyat yoldaşı Yaşar Novruzova və onun övladı Faiqə də bıçaq zərbəsi endirib.

Törətdiyi cinayət əməlinə görə Yaşar Əzimova Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3 və 126.2.4-cü maddələri ilə ittiham elan olunub. Barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Yaşar Əzimov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində bacısı İzzətxanımın bir ilə yaxındır ki, ailəsi ilə birgə onların evində yaşadığını göstərib:

“Bacımın həyat yoldaşı həbsdə idi, hadisə baş verməmişdən bir həftə əvvəl həbsdən çıxmışdı. Müəyyən səbəblərdən bacım evsiz qaldığından mənim evimdə məskunlaşmışdı. İki ailənin bir yerdə yaşaması narahatçılıq yaradırdı. Bu üzdən də yeznəmlə aram dəymişdi. Əvvəllər də Yaşara demişdim ki, yaşamağa ayrı ev tap. Amma Yaşar imkansız olduğunu deyərək köçmək istəmirdi”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə baş verən gün bacısı oğlu Rəşadın onun övladı Şahüseynlə şit zarafatlar etdiyini eşidib və onu danlayıb. Qardaşının övladını tənbeh etməsi isə İzzətxanım Novruzovanın xətrinə dəyib:

“Həmin gün yemək zamanı spirtli içki içmişdim. Bacımla oğlu mənim sərxoş olmağımdan istifadə edib söyüb təhqir etməyə başladılar. Mən də bacımgildən evdən çıxmalarını tələb etdim, həyətin işıqlarını kəsdim və uşaqlarıma dedim ki, hazırlaşın, Buzovnaya gedirik.

Amma İzzətxanım əl çəkmir, mübahisə edirdi. Bərk əsəbiləşdim, stolun üstündən götürdüyüm bıçaqla onu vurdum. 14 yaşlı oğlu Rəşad araya keçəndə onu da vurdum. Rəşad da anasının yanına yıxıldı. Səsə yeznəm Yaşar və onun digər oğlu Faiq gəldi. Bıçaqla onları da vurdum. Evdəkilər yaralılara ilkin yardım göstərdilər, təcili yardıma zəng vurdular. Təcili yardım gec gəldiyinə görə yaralıları xəstəxanaya evdəkilər apardılar.
Bir müddət sonra evə polis əməkdaşları gəldilər. Bacımı və onun ailə üzvlərini öldürmək niyyətim olmayıb. Əməlimdən peşmanam”.

Zərərçəkmiş şəxs qismində dindirilən Yaşar Novruzov ifadəsində göstərib ki, şəxsi evi olmadığından 9 aydır həyat yoldaşı və oğlanları ilə qaynı Yaşarın evinə köçərək müvəqqəti olaraq orada yaşayıblar:

“Ötən ilin dekabrın 29-da cəzaçəkmə müəssisəsindən azadlığa çıxaraq ailəmin yanına, Yaşargilin evinə gəldim. Hadisə baş verən gün qaynımla arvadımın mübahisə etdiklərini eşitdim, qarışmadım. Bir anda evin işıqları söndü və İzzətxanımın qışqırığını eşitdim.

Otaqdan çıxanda oğlumla arvadımı yerdə uzanıqlı vəziyyətdə görüb qaynımdan nə baş verdiyini soruşdum. O isə qəfildən məni bıçaqla vurdu. Yıxılsam da huşumu itirmədim. Sonra bizi xəstəxanaya apardılar. Yaşara qarşı heç bir şikayətim yoxdur”.

Zərərçəkmiş İzzətxanım Novruzova ifadəsində hadisə baş verən gün qardaşı oğlu Şahüseynin masanın üstünə şəkər tozu səpdiyini, Rəşadın isə onu danladığını göstərib:

“Qardaşım bunu görən kimi Rəşadın üstünə hücum çəkdi, söydü, həyətə çıxıb işıqları söndürdü. Ona iradımı bildirəndə məni bıçaqla vurdu. Sonra oğlanlarımı, həyat yoldaşımı da vurdu. Bütün bu baş verənlərə baxmayaraq qardaşımdan heç bir şikayətim yoxdur”.



5544 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031