Mobil versiya
Dünyanı idarə edənlər yenidən biraraya gəldi GİZLİ TOPLANTI
Tarix: 13-06-2016 | Saat: 10:36
Bölmə:Seçilənlər-5 | çapa göndər

Dünyanı idarə edənlər yenidən biraraya gəldi


Dünəndən etibarən Drezden şəhərində dünyanın ən müəmmalı təşkilatlarından biri olan Bilderberq klubunun görüşü başlayıb.
Aia.az bildirir ki, bu barədə informasiya Bilderberq klubunun rəsmi saytında yer alıb. Bu il konfransda 20 ölkədən 130 nəfər iştirak edir. Görüşə daha çox ABŞ-dan nümayəndələr çağırılıblar.
Bundan başqa, tədbirdə Almaniyanı maliyyə naziri Volfanq Şoyble, müdafiə naziri Ursula fon der Lyayen və daxili işlər naziri Tomas de Mezyer təmsil edirlər.
Üstəlik, Almaniyanın “Doyçe Bank” və “Siemens” şirkətlərinin rəhbərləri də tədbirə qatılacaqlar.
Görüşdə həmçinin Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard, Türkiyə baş nazirinin müavini Məhməd Şimşək də iştirak edəcək.
Bilderberq klubunun görüşündən Almaniya kansleri Angela Merkel, xarici işlər naziri Frank Valter Ştaynmayer və iqtisadiyyat naziri Ziqmar Qabriel imtina ediblər. Bu il görüşdə Rusiyanı heç kim təmsil etməyəcək.
Klubun builki əsas müzakirə mövzuları Çin, Avropa Birliyindəki miqrasiya böhranı, Yaxın Şərqdəki hadisələr, Rusiya, ABŞ-da seçkilər, enerji qiymətləri və kibertəhlükəsizlik olacaq.
Qeyd edək ki, Bilderberq klubu 1954-cü ildə yaradılıb. Klubun görüşü keçən il Avstriyada keçirilib. İndiyə qədər klubla bağlı heç bir səhih informasiya yoxdur.
Bununla belə, klubun adı ingilis əks-kəşfiyyat qurumu olan Mi6-nın keçmiş zabiti, ingilis yazar Con Kolemanın “300-lər komitəsi” adlı kitabında dünyanı idarə edən gizli təşkilatlardan biri kimi çəkilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024