Mobil versiya
"Bakıda keçirilən Şahmat Olimpiadasına ermənilər də gələcək" - YENİLƏNİB
Tarix: 24-05-2016, 18:56 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

"Bakıda keçirilən Şahmat Olimpiadasına ermənilər də gələcək" - YENİLƏNİB




18:46

FİDE prezidenti Kirsan İlümjinov qeyd edib ki, artıq indidən söyləmək olar ki, Bakıda keçiriləcək olimpiada Ümumdünya Şahmat Olimpiadaları tarixinə düşəcək.

aia.az Trend-ə istinadən bildirir ki, FIDE prezidenti əlavə edib ki, Bakı Şahmat Olimpiadasında iştirak etmək üçün rekord sayda ölkə qeydiyyatdan keçib: "Bu günədək 180 ölkə iştirak ərizəsini təqdim edib və ümid edirəm ki, yekunda olimpiadada bütün 187 ölkənin nümayəndələri iştirak edəcəklər. Qeyd etmək istəyirəm ki, Şahmat Olimpiadası ölkə və iştirakçı sayına görə yalnız Yay Olimpiya Oyunlarından geri qalır".

---------

17:39

Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasına 100 gün qalması münasibətilə gerisayım tədbiri keçirilib.

FİDE prezidenti Kirsan İlümjinov bildirib ki, yarışda Ermənistan komandası da iştirak edəcək. "Bu ölkənin komandası yarışda iştirak edəcək. Belə ki, imtina etməyiblər. Bu yaxınlarda Ermənistanda idim və yığma komandanın kapitanı Levon Aronyan Bakıda Dünya Kuboku üzrə yarişda çıxış etməsini xoş xatirələrlə yada saldı", - FİDE prezidenti deyib.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası 1 - 14 sentyabrda keçiriləcək.

----------

17:25

"Bakı Ümumdünya Şahmat Olimpiadasını keçirməyə tam hazırdır".

aia.az Trend-ə istinadən bildirir ki, bunu Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına 100 gün qalması ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Bakıda FIDE-nin Prezident Şurasının nümayəndələri olublar və onlar belə qənaətə gəliblər ki, Bakı artıq indidən olimpiadaya tam hazırdır.

aia.az



5570 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

13-09-2019
12-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30