Ana Sayfa > İdman > "Bakıda keçirilən Şahmat Olimpiadasına ermənilər də gələcək" - YENİLƏNİB
"Bakıda keçirilən Şahmat Olimpiadasına ermənilər də gələcək" - YENİLƏNİB24-05-2016, 18:56. Yazar: admin |
18:46 FİDE prezidenti Kirsan İlümjinov qeyd edib ki, artıq indidən söyləmək olar ki, Bakıda keçiriləcək olimpiada Ümumdünya Şahmat Olimpiadaları tarixinə düşəcək. aia.az Trend-ə istinadən bildirir ki, FIDE prezidenti əlavə edib ki, Bakı Şahmat Olimpiadasında iştirak etmək üçün rekord sayda ölkə qeydiyyatdan keçib: "Bu günədək 180 ölkə iştirak ərizəsini təqdim edib və ümid edirəm ki, yekunda olimpiadada bütün 187 ölkənin nümayəndələri iştirak edəcəklər. Qeyd etmək istəyirəm ki, Şahmat Olimpiadası ölkə və iştirakçı sayına görə yalnız Yay Olimpiya Oyunlarından geri qalır". --------- 17:39 Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasına 100 gün qalması münasibətilə gerisayım tədbiri keçirilib. FİDE prezidenti Kirsan İlümjinov bildirib ki, yarışda Ermənistan komandası da iştirak edəcək. "Bu ölkənin komandası yarışda iştirak edəcək. Belə ki, imtina etməyiblər. Bu yaxınlarda Ermənistanda idim və yığma komandanın kapitanı Levon Aronyan Bakıda Dünya Kuboku üzrə yarişda çıxış etməsini xoş xatirələrlə yada saldı", - FİDE prezidenti deyib. Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası 1 - 14 sentyabrda keçiriləcək. ---------- 17:25 "Bakı Ümumdünya Şahmat Olimpiadasını keçirməyə tam hazırdır". aia.az Trend-ə istinadən bildirir ki, bunu Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına 100 gün qalması ilə bağlı keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, bu yaxınlarda Bakıda FIDE-nin Prezident Şurasının nümayəndələri olublar və onlar belə qənaətə gəliblər ki, Bakı artıq indidən olimpiadaya tam hazırdır. aia.az Geri dön |