Mobil versiya
Goranboyda görülən işlərə niyə kölgə salınır?
Tarix: 26-03-2020 | Saat: 17:28
Bölmə:Manşet / Gündəm | çapa göndər

Goranboyda görülən işlərə niyə kölgə salınır?



Bildiririk ki, ölkədə fəaliyyət fəaliyyət göstərən böhtançı, yalançı və kimlərinsə məkrli məqsədlərinə xidmət göstərən rəsmi internet saytları son zamanlar reallıqlara və faktlara tam zidd olan fikirləri yazmaqla, əslində rayon ictimaiyyəti arasında düzgün istiqamətdə formalaşdırılmış yüksək müsbət ictimai fikri çaşdırmağa, rayon İcra Hakimiyyətinin mövcud ictimai – siyasi imicinə və nüfuzuna xələl gətirməyə cəhd edirlər.

Bu, həm də Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi strategiyasına və sosial-iqtisadi islahatlarına uyğun olaraq, rayonumuzda məqsədyönlü surətdə aparılan genişmiqyaslı yenidənqurma və abadlıq işlərinə, rayonun sosial – iqtisadi və ictimai-mədəni həyatında qazanılan geniş nailiyyətlərinə kölgə salmaq kimi məkrli məqsədə və hansısa şəxsi qərəzçilik mövqeyinə, düşünülmüş surətdə, xidmət göstərir.
Biz Milli Qəhrəmanlar, rayon ağsaqqalları və ziyalıları, rayon ictimaiyyətinin fəalları kimi, məhz bu çirkin kompaniyanın arxasında hansı qarafikirli və mənfi əqidəli şəxlərin olmasını açıq surətdə bilir və bu məkrli cəhdləri kəskin surətdə pisləyir, “Jurnalist adına ləkə olan ünsürlərə ar olsun” deyirik.

1. Maşallah Abdullayev - Milli Qəhrəman
2. Məhəmməd Həsənov - Milli Qəhrəman
3. Rübabə İsmayılova - Şəhid, Milli Qəhrəman ailəsi
4. Orxan Əliyev - Qarabağ qazisi
5. Namiq Məmmədov - Çernobl Əlillər Cəmiyyətinin sədri
6. Fizuli Almuradov - Rayon Həmkarlar Komitəsinin sədri
7. Novruz Sadıqov - Rayon Ağsaqqalı
8. Anar Orucov - Rayonun baş Axundu


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024