Mobil versiya
Nazirlik müəssisə və şirkət rəhbərlərinə müraciət etdi - Koronavirusa görə
Tarix: 25-03-2020 | Saat: 15:29
Bölmə:Manşet | çapa göndər

Nazirlik müəssisə və şirkət rəhbərlərinə müraciət etdi




Koronavirus pandemiyasının (COVİD-19) yayılması təhlükəsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin həyata keçirildiyini və obyektlərdə koronavirusa yoluxma halı qeydə alınarsa, həmin şəxslə (şəxslərlə) birlikdə işçilərin tam tərkibdə karantinə alınacağını nəzərə alaraq, iş fəaliyyəti məhdudlaşdırılmayan həyat əhəmiyyətli, eləcə də mühüm istehsal, emal və satış obyektlərinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə müəssisə və şirkət rəhbərlərinə işçilərin həftəlik növbə əsasında 50%-nin işə cəlb edilməsi tövsiyə olunur.

Bu barədə Aia.az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, obyektdə işləyən şəxsdə (şəxslərdə) koronavirusa yoluxma baş verərsə, həmin şəxslə (şəxslərlə) birlikdə olan digər işçilər tam tərkibdə karantinə alınmalı, müvafiq dezinfeksiya tədbirlərindən sonra işçilərin digər 50%-i ilə obyektin fasiləsiz fəaliyyəti təmin edilməlidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024