Mobil versiya
Braziliyada daşqınlar qurbanlarının sayı 57 nəfərə çatıb (YENİLƏNİB)
Tarix: 27-01-2020, 09:06 | Saat: 15:47:00
Bölmə:Dünya | çapa göndər

Braziliyada daşqınlar qurbanlarının sayı 57 nəfərə çatıb


Braziliyanın cənubundakı daşqın qurbanlarının sayı artıq 57 nəfərə çatıb.

Trend-in məlumatına görə, 19 nəfər itkin düşüb. Bölgənin 99 şəhərində davam edən yağış təhlükəsinə qarşı fövqəladə vəziyyət elan edilib.

XXX

04:17

Braziliyanın Minas-Jerays və Espiritu-Santu ştatlarında şiddətli yağışlar səbəbi ilə yaranan daşqınlar qurbanların sayı 53-ə yüksəlib.

Trend-in məlumatına görə, SDN nəşri ölümlərin 44-nün Minas-Jerays, 9-nun isə Espiritu-Santu ştatında baş verdiyini bildirib.

Məlumatda 19 nəfərin itkin düşdüyü bildirilir. Bölgənin 99 şəhərində davam edən yağışların davam etməsi təhlükəsinə qarşı fövqəladə vəziyyət elan edilib.

Aleqre şəhərinin meriyası suyun yığılması səbəbiylə bəndin məhv olma təhlükəsi olduğunu açıqlayıb və vətəndaşları təhlükəsiz ərazilərə daşınmağa çağırıb. Ümumilikdə bölgədəki 20 mindən çox insan daşqın, torpaq sürüşməsi və sel daşqınları səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Braziliya Milli Meteoroloji Xidmətinin məlumatına görə, 24 yanvarda Minas-Jerays ştatının mərkəzi Belu-Oriontiyə son 110 ili üzrə rekord miqdarda yağıntı düşüb - 171.8 millimetr.

aia.az



575 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

31-03-2020
30-03-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}