Mobil versiya
İdarə rəisi: “Bakıda 57 cinayətkar qrup ifşa olunub”
Tarix: 17-01-2020, 16:01 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

İdarə rəisi:


Ötən il Bakıda ümumilikdə 11 min 176 cinayət qeydə alınıb ki, onların da 88,6 faizi az ağır, 11,4 faizi isə ağır və xüsusilə ağır növlər olub.



Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov bildirib.



M.Seyidov qeyd edib ki, hesabat dövründə 34 soyğunçuluq və quldurluq cinayəti törətmiş 78 nəfərdən ibarət 33 qrup, eləcə də 95 mənzildən oğurluq edən 131 nəfərdən ibarət 57 cinayətkar qrup ifşa olunub:



“Narkotiklərlə bağlı aşkar olunan 1.244 fakt üzrə 372 kiloqramdan çox müxtəlif növ narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığını, istintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara dəymiş maddi ziyanın isə 94,7 faizinin ödətdirilib”.



İdarə rəisinin sözlərinə görə, 2018-ci illə müqayisədə hesabat dövründə ümumi cinayətlər 5,4, ağır və xüsusilə ağır cinayətlər 2,3, az ağır cinayətlər 5,4, böyük ictimai təhlükə törətməyən cinayətlər 6,6, adam öldürməyə cəhdlər 18,8, dələduzluq 33,9, soyğunçuluq 3,7, quldurluq 3,9, hədə-qorxu ilə tələb etmə 28,9 faiz azalıb:



“Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyətini qeyd edən Baş İdarə rəisi, “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 5 minə yaxın hadisənin aşkarlandığını, kameraların arxiv görüntülərindən istifadə edilməklə 278 bağlı cinayətin açılıb”.

aia.az



5176 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-02-2020
20-02-2020
«    Февраль 2020    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
242526272829 
{sape_links}{sape_article}