Mobil versiya
Hacıqabul yeniliklər astanasında
Tarix: 12-12-2019, 10:08 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə / Seçilənlər-2 | çapa göndər

Hacıqabul yeniliklər astanasında




Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun bu vəzifədə ilk günləri xeyirli tədbirlə əlamətdar oldu

Artıq xəbər verildiyi kimi, dekabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rüstəm Gülabba oğlu Xəlilovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb. Rayonun “Şöhrət” ordenli yeni rəhbəri bu vəzifədə ilk günlərini sakinlərin əhatəsində keçirib.

Bu gün Azərbaycanda dövlət başçısı tərəfindən həyata keçirilən əsaslı struktur və kadr islahatları digər sahələrlə yanaşı hökumətin icra strukturlarını da əhatə edib. Əlbəttə ki, mütərəqqi xarakter daşıyan bu reformalardan sadə vətəndaşlar çox müsbət nəticələr gözləyirlər. O cümlədən Hacıqabul sakinləri də rayon rəhbərliyinə yeni təyin olunmuş Rüstəm Xəlilovun bu vəzifədə rayonun iqtisadi inkişafının daha da sürətləndirilməsi, insanların rifah hallarının daha da yüksəldilməsi istiqamətində hansı addımlar atacağını səbirsizliklə gözləyirlər.



Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olmuş Rüstəm Xəlilov ölkə ictimaiyyətinin kifayət qədər yaxından tanıdığı bir simadır. Həmin dövrdə Rüstəm Xəlilov həm də Milli Məclisin Regional Məsələlər Komitəsi yanında yaradılan İşçi qrupunun rəhbərlik edib və bu vəzifədə çoxsaylı təkliflərin müəllifi olub. Ümumiyyətlə isə, Rüstəm müəllim harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq hər zaman dürüstlüyə, insansevərliyə böyük önəm verən insan olub. Bir vaxtlar ölkə mətbuatına verdiyi müsahibələrin birində də Rüstəm Xəlilov bu barədə fikirlərini belə ifadə etmişdi: “Bəziləri hansısa vəzifəyə təyin olunanda hamıya qapısını bağlayır. Amma mən nə qədər yüksək pillədə qərar tutsam da, qapım qohum-əqrəba, dost-tanış üzünə açıqdır. İnsanlar arasında heç vaxt fərq qoymamışam. Çünki özümü həmin insanların yerinə qoymağı bacarmışam.”



Hələlik isə Hacıqabulun yeni, “Şöhrət” ordenli icra başçısı (2018-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən Rüstəm Gülabba oğlu Xəlilov ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib – red.) bu vəzifədə ilk iş günlərini sakinlərlə birgə keçirib. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə bir gündə respublikamızda 650 min ağacın əkilməsinin nəzərdə tutan möhtəşəm tədbirə Hacıqabul sakinləri də böyük ruh yüksəkliyi ilə qatılıblar. 06 dekabr 2019-cu il tarixdə keçirilən ümumrespublika ağacəkmə aksiyası çərçivəsində Hacıqabul rayonu ərazisində 14000 ədəd ağac əkilmişdir. Məhz həmin aksiyada da Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov bilavasitə iştirak etmişdir. Qeyd edək ki, bu aksiyada həmçinin RİH-nin məsul işçiləri, YAP rayon təşkilatının, idarə və müəssisələrin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, təsərrüfat xidmətləri işçiləri də iştirak etmişlər.



Yenə də həmin gün, dekabrın 6-da Rüstəm Xəlilov artıq vəzifə səlahiyyətlərinin icrası ilə bağlı daha bir tədbir, rayonun Atbulaq kəndində vətəndaşlarla səyyar qəbul-görüş keçirmişdir. Atbulaq kənd sakinlərinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələri rəhbərlərinin iştirak etdiyi qəbulda İcra Hakimiyyətinin başçısı respublikada aparılan uğurlu sosial-iqtisadi islahatlardan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən danışmış, Hacıqabul rayonunun daha da inkişafı üçün görüləcək işlərdən söz açmışdır. Həmçinin Rüstəm Xəlilov əhalini narahat edən problemlərin həlli istiqamətində artıq həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə məlumat vermişdir. Bundan başqa, görüş zamanı kənd sakinlərinin müxtəlif məsələlər barədə konkret müraciətləri qeydə alınıb və icrası ilə əlaqədar yerində aidiyyatı olan təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Göründüyü kimi, Rüstəm Xəlilovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində ilk günləri həqiqətən də kifayət qədər dinamik və səmərəli keçib. Heç şübhə yoxdur ki, bundan sonra Hacıqabul rayonunu daha əhatəli və mütərəqqi dəyişikliklər gözləyir. Biz də öz növbəmizdə Rüstəm müəllimi bu təyinat münasibətilə səmimi qəlbdən təbrik edir, ona öz işində yeni-yeni nailiyyətlər diləyirik.

aia.az
Aynur Əsədova
Murad Ağayev




5221 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-01-2020
17-01-2020
«    Январь 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}