Mobil versiya
Əbülfəs Qarayev: Bakı yaradıcı şəhər adına layiq olduğunu sübut etməlidir
Tarix: 9-12-2019, 11:24 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Əbülfəs Qarayev:


Bakı şəhəri dizayn sahəsi üzrə yaradıcı şəhər adına dünyaya layiq olduğunu sübut etməlidir.

Trend-in məlumatına görə, bunu Bakı Konqres Mərkəzində “Kreativ Azərbaycan” portalının təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsində Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, dünya miqyasında yaradıcı sənaye son 10 il müddətində cəmiyyətin inkişafına dəyərli töhfələrin verilməsinə şərait yaradır: "Azərbaycanda da bu baxımdan vəziyyət istisna deyil. Son illər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən aparılan siyasət nəticəsində respublikanın hər bir bölgəsində, bütün şəhər və rayonlarda abadlıq, yenidənqurma işləri aparılır, yeni iş yerlərinin açılması uğurla həyata keçirilir. Təbii ki, bu prosesin arxasında duran xalqın yaradıcı potensialı, vətənə məhəbbət, xalqla dövlətin vəhdətidir. Bütün bu amillər Azərbaycanda yaradıcı sənayenin inkişafının vacib olduğunu göstərir".


Ə.Qarayev əlavə edib ki, bu il Bakı şəhəri UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına daxil edilib: "Bakı şəhəri öz fəaliyyəti ilə dünya ictimaiyyətinə bu yüksək ada layiq olduğunu sübut etməlidir. Biz hamımız bunun üçün bərabər çalışmalıyıq. Bu işdə həm dövlət orqanları, həm sənayenin nümayəndələri, həm də vətəndaşlar fəal iştirak etməlidirlər. Hesab edirəm ki, bugünkü portalın təqdimatı böyük bir tapşırığın yerinə yetirilməsinin ilk addımıdır".

aiaşaz



5100 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-01-2020
24-01-2020
«    Январь 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}