Mobil versiya
Mirşahin evə buraxıldı - YENİLƏNİB
Tarix: 24-01-2016 | Saat: 19:38
Bölmə:Səhiyyə / Aia TV / Karusel | çapa göndər


Əməkdar jurnalist artıq özünü yaxşı hiss edir.

Xəbər verdiyimiz kimi, dünən ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev səhhətində yaranmış problemlərlə bağlı 1№-li Klinik xəstəxanaya çatdırılmışdı.

Aia.az xəbər verir ki, Mərkəzi Klinik Xəstəxanasından “Qafqazinfo”ya daxil olan məlumata görə, jurnalist artıq evə buraxılıb. Belə ki, Mirşahin Ağayev artıq özünü yaxşı hiss edir və həkimlərin məsləhəti ilə bu gün səhər xəstəxananı tərk edib.

Xatırladaq ki, yanvarın 22-də Milli Teleradio Şurası ANS telekanalında yayımlanan, müəllifinin və aparıcısının məşhur telejurnalist Mirşahin Ağayev olduğu “Hesabat” verilişinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul etmişdi.

Dünən MTRŞ keçirdiyi mətbuat konfransında bu qərarın ləğv edildiyini açıqlayıb.

12:06

ANS şirkətlər qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mirşahin Ağayev yanvarın 23-də ürək tutması ilə 1№-li Klinik xəstəxanaya çatdırılmışdır.

Aia.az Virtualaz.org-a istinadən xəbər verir ki, axşam məşhur jurnalistin halı pisləşib və o, reanimasiya şöbəsinə keçirilib.

Xatırladaq ki, yanvarın 22-də Milli Teleradio Şurası ANS telekanalında yayımlanan, müəllifinin və aparıcısının məşhur telejurnalist Mirşahin Ağayev olduğu “Hesabat” verilişinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul etmişdi.

Elə həmin gün Mirşahin Ağayev mətbuat konfransı keçirmiş və MTRŞ-nın qərarını qeyri-qanuni adlandırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024