Mobil versiya
“Aqrolizinq” ASC – ərzaq bolluğu yaradanlara güclü dəstək verilir
Tarix: 11-07-2019, 15:11 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

“Aqrolizinq” ASC – ərzaq bolluğu yaradanlara güclü dəstək verilir



Sədaqət Ağayevin rəhbərlik etdiyi Yevlax regional Nümayəndəliyi özünün effektiv fəaliyyətilə seçilir

Bu gün Azərbaycanda ölkənin ərzaq təhlükəsizliyinin təminatı, bu məqsədlə kənd təsərrüfatının məhz müasir texnologiyaların tətbiqi əsasında daha da inkişaf etdirilməsi istiqamətində dövlətimiz tərəfindən irimiqyaslı layihələr həyata keçirilməkdədir. Bu istiqamətdə atılan mühüm addımlardan biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il oktyabrın 23-də imzaladığı sərəncama əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin yaradılması oldu.

“Aqrolizinq” ASC-in qarşısında duran əsas məqsədlər kənd təsərrüfatı məhsullsrının istehsalçıları üçün maddi-texniki bazanın yaradılması, sahibkarların lizinq qaydası ilə texnika, mineral gübrə, damazlıq heyvanlar, texnoloji avadanlıq və suvarma sistemləri ilə təmin olunması, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə aşağı qiymətlərlə aqroservis xidmətlərinin göstərilməsidir. Bu məqsədlərə nail olmaq üçün 2005-ci ildə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin regional bazalar haqqında əsasnaməsinin müvafiq bəndinə əsasən 9 təchizat bazasının tərkibində “Aqroservis“ şəbəkələri yaradılıb. 2006-cı ildən ASC-nin Azərbaycan Respublikasının 61 rayonunda təsərrüfat hesablı Aqroservis filialları fəaliyyətə başlayıb. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə göstərilən aqroservis xidmətlərinin fəaliyyət dairəsinin genişləndirilməsində, ASC-nin Bakı Mərkəzi Təhcizat bazasının və regionlarda fəaliyyət göstərən Gəncə, Şirvan, Ucar, Xaçmaz rayonlararası təchizat bazalarının böyük rolu vardır. Hal-hazırda, həmin bazalar “Aqrolizinq” ASC tərəfindən ölkəyə gətirilən kombaynların, traktorların, ekskavatorların və digər kənd təsərrüfatı texnikalarının yerləşdirilməsini, komplektləşdirilməsini, satış qabağı hazırlığın aparılmasını və satışını həyata keçirir. 2008-ci ildən Şəki və Sabirabad logistik gübrə bazaları, 2009-cu ildən Şəmkir və Xaçmaz logistik gübrə bazaları, 2010-cu ildə isə Cəlilabadda və Bərdədə logistik gübrə bazaları yaradılıb. 2014-cü ildən isə “Aqrolizinq” ASC-nin strukturuna daxil olan rayonlararası və təchizat bazaları, regional logistik bazalar, əsaslı təmir emalatxanaları və təsərrüfat hesablı rayon aqroservis filialları ləğv edilərək, onların bazasında Cəmiyyətin regional nümayəndəlikləri yaradılmışdır.




Bu gün “Aqrolizinq” ASC-nin yerlərdə, rayon bölmələri daxil olmaqla 12 Regional Nümayəndəliyi fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, bu qurumların arasında Sədaqət Ağayevin rəhbərlik etdiyi Yevlax regional Nümayəndəliyi özünün effektiv fəaliyyətilə xüsusilə seçilir.

Qısa arayış:

Sədaqət Ağayev Bərdə rayonunun Nağılar kəndində dünyaya göz açıb. Orta məktəbi qonşu Mehdixanlı kənd orta məktəbində bitirib. Gəncə Dövlət Kənd Təsərrüfatı İnstitutunun (indiki Aqrar Universitet) aqrokimya və torpaqşünaslıq fakültəsində ali təhsil aldıqdan sonra kəndə qayıdıb və kənd təsərrüfatının müxtəlif sahələrində çalışıb. Bir müddət sonra ailə vəziyyətiylə əlaqədar Yevlaxa köçməli olub və həyatında yeni mərhələ başlayıb.



Yevlaxda əvvəl Rayonlararası Kimyəvi Məhsulların Təchizatı İdarəsində baş aqronom vəzifəsində işə başlayan Sədaqət Ağayev 4 ildən sonra seçki yolu ilə həmin idarənin direktoru seçilib. Bu vəzifədə fəaliyyətinin ilk günündən ona etimad göstərən insanlara xüsusi diqqət və qayğı ilə yanaşıb.

Baza direktoru kimi 2001-ci ilədək fəaliyyət göstərən S.Ağayev daha sonra “Kəndkimya” ASC-nin sədri seçilib. 2007-ci ildə “Azərişıq” ASC-nin Yevlax Paylayıcı Elektrik Şəbəkəsinə rəis təyin olunub. Hazırda “Aqrolizinq” ASC-nin Yevlax Nümayəndəliyinin direktorudur. Nümayəndəliyin fəaliyyəti Yevlax da daxil Ucar, Ağdaş, Göyçay, Goranboy rayonlarında kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olanların dövlət büdcəsi hesabına alınmış texnika və avadanlıqlarla, həmçinin fermerləri gübrələr, damazlıq mal-qara, məhsuldar toxum sortları ilə güzəştli şərtlər əsasında təmin etməkdir.



Nümayəndəliyin tərkibinə Goranboy rayon bölməsi və Ağdaş rayon bölməsi daxildir. Yevlax regional Nümayəndəliyinin fəaliyyətinə dair əldə etdiyimiz məlumatlarda xüsusilə vurğulanan məqamlardan biri də bu qurumun nəzdində fəaliyyət göstərən təlim-tədris mərkəzində hər il keçirilən ödənişsiz təlimlərlə bağlıdır. Bildirilir ki, hər ilin fevral, mart, aprel aylarında həmin mərkəzdə Claas Dominator 130, New Holland TC 4.90, Sampo 20165 markalı taxılyığan kombaynları idarə edəcək operatorlar (mexanizatorlar) üçün, ödənişsiz (gecələmə, qidalanma daxil) təlimlər təşkil olunur. Bu təlimlərin keçirilməsində əsas məqsəd mexanizatorlar tərəfindən kombaynlara düzgün texniki xidmətin göstərilməsi, onların üzərində nizamlama işlərinin, qaydalarının və istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılmasının öyrədilməsidir.




Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və “Aqrolizinq” ASC-nin nümayəndə heyəti tərəfindən video görüntülü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada tədris olunur. Təlimdə iştirak etmiş hər bir operatora (mexanizatora) sertifikat təqdim edilir. Maraqlıdır ki, sertifikatı olmayan mexaniztorlarla “Aqrolizinq” ASC tərəfindən icarə müqaviləsi bağlanılmır. Əlbəttə ki, bu tədbir bahalı texnikanın naşı əllərə verilməsi və sıradan çıxması hallarının qarşısını almaq baxımından böyük əhəmiyyət kəsb edir.

Aqrar bölmədə olduqca mühüm əhəmiyyət kəsb edən yaz-tarla işlərində “Aqrolizinq” ASC-nin texnikaları hər zaman fəal və mütəşəkkil iştirak edirlər. O cümlədən ASC-nin Yevlax regional nümayəndəliyində olan 21 ədəd traktor, 3 ədəd pambıqyığan maşın və 25 ədəd taxılyığan kombayn ilboyu fermerlərə yüksək səviyyədə xidmət göstərir. Cari ilin birinci rübündə fermer və torpaq mülkiyyətçilərinə min tondan çox mineral gübrə və tələb olunan qədər kimyəvi maddələr güzəştli şərtlərlə verilib.




Heç şübhəsiz “Aqrolizinq” ASC-nin Yevlax regional Nümayəndəliyinin fəaliyyəti Sədaqət Ağayevin rəhbərliyi altında bundan sonra da ölkəmizin kənd təsərrüfatının daha da inkişaf etdirilməsi işinə öz dəyərli tövhələrini verməkdə davam edəcəkdir.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



5118 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031