Mobil versiya
Polis oğrulara müharibə elan etdi
Tarix: 22-01-2016, 14:34 | Saat: 15:47:00
Bölmə:Hadisə / Manşet2 / Karusel | çapa göndər

Polis oğrulara müharibə elan etdi
Əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirlyinin əməkdaşları oğurluqda şübhəli bilinən şəxsləri tutublar.

DİN-dən daxil olan məlumata görə, yanvarın 19-na keçən gecə Şəmkir şəhərində şəhər sakini Səməd Rzayevə məxsus mağazadan qapını sındırmaq yolu ilə 100 manat, 4 ədəd mobil telefon və danışıq kartları oğurlanıb.

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Emin Səfərli və Fərid Mustafazadə tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün şəhər sakini Bəxtiyar Bilalova məxsus dönərxanadan 3 ədəd mobil telefon oğurlamaları da müəyyən edilib.

Qax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də Tasmalı kəndində yaşayan Vüqar Məmmədovun evindən oğurluğa cəhd göstərmiş həmyerlisi Afər Orucov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin dekabrında həmkəndliləri Qərib Osmanovun, İlqar Cumayevin və bu il yanvarın 17-də Vüqar Həmzəyevin evlərindən qızıl və bəzək əşyaları oğurlaması da müəyyən edilib.

Yanvarın 20-də rayon ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin xidməti otağından 36 manat və sənəd oğurlanıb.

Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Elmi İsayev tutulub.

Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 7-də Bakı şəhər sakini Mirdamət Qasımova məxsus mobil telefonu oğurlamış həmyerlisi Arif Allahverdiyev tutulub.

Əlahiddə Çevik Polis Alayı və Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də Bakı şəhər sakini Pərviz Həmidova məxsus mağazadan 100 manat oğurlamış paytaxt sakini Yusif Məlikov saxlanılıb.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Bakı şəhər sakini Pərvanə Xankişiyevaya məxsus kafedən musiqi alətləri oğurlamış həmyerlisi Mirələm Eyvazov, Saatlı rayon sakini Röyal Qasımov və Ağdaş rayon sakini Rüstəm Cəbiyev tutulub.

Yanvarın 21-də rayon ərazisində yerləşən “Aztelecom” MMC-yə məxsus 150 metr optik kabeli oğurlanıb.

Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Zahir Zeynalov tutulub.

Yanvarın 20-də “Daşkəsən Filizsaflaşdırma” ASC-yə məxsus ötürücü stansiyadan 15 ədəd şveller oğurlanıb.

Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri İlqar Verdiyev və Mehman İmanov tutulublar.



5563 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-09-2019
20-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30