Mobil versiya
Suriya və Hizbullah ordusu birgə silahlı qruplaşmalara qarşı əməliyyatlara başlayır
Tarix: 5-07-2015, 12:38 | Saat: 15:47:00
Bölmə:Şou-biznes / Manşet / Karusel | çapa göndər

Suriya və Hizbullah ordusu birgə silahlı qruplaşmalara qarşı əməliyyatlara başlayır
aia.az xəbər verir ki, Suriya ordusu Hizbullah hərbi qüvvələri ilə birgə Zəbədəni şəhərində silahlı qruplaşmalara qarşı əməliyyatlara başlayıb. Ordu qüvvələri iriçaplı silahlılarla üsyançıların mövqelərini atəşə tutub. Rəsmi Dəməşq döyüşlər zamanı ordunun silahlılara qarşı ağır zərbə vurduğunu açıqlayıb.

Zəbədəni şəhəri Dəməşqlə Livanın paytaxtı Beyrutu birləşdirən avtomagistral üzərində yerləşdiyi üçün strateji baxımdan vacib əhəmiyyət kəsb edir. Suriyaya məhz bu xətt üzrə Hizbullahdan silah dəstəyi gəlirdi.

Hazırda Suriya ordusu eyni zamanda bir neçə cəbhədə, o cümlədən, Hələb vilayətində üsyançılara qarşı mübarizə aparır.

Ölkənin Şimal bölgəsində isə İŞİD qruplaşması həm ölkə üçün, həm də Türkiyə üçün təhlükə mənbəyi olaraq qalır. Bir qədər əvvəl Türkiyə hərbi qüvvələrinin Suriya ilə sərhəd bölgələrə raket batalyonu cəlb olunub.

Qaziantep vilayəti istiqamətində İŞİD silahlılarının sərhəd bölgələrə mina yerləşdirdiyini və ərazini yandırdığını müşahidə etmək olub.



5678 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

03-04-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}