Mobil versiya
Akademik Vladimir Volobuyevin 110 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Tarix: 14-05-2019, 16:42 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Akademik Vladimir Volobuyevin 110 illiyi qeyd ediləcək


Prezident İlham Əliyev Akademik Vladimir Volobuyevin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

ONA xəbərinə görə, sərəncamda qeyd olunub ki, 2019-cu ilin iyul ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kənd təsərrüfatı elmləri doktoru, professor Vladimir Rodionoviç Volobuyevin anadan olmasının 110 illiyi tamam olur.

Akademik Vladimir Volobuyev torpaqların meliorasiyası, geomorfoloji xəritələrin tərtibi, torpaqla iqlimin qarşılıqlı əlaqəsi və torpaq ekologiyasına dair böyük nəzəri-təcrübi əhəmiyyətə malik sanballı araşdırmalarının nəticələri kimi müəyyən etdiyi prinsip və apardığı hesablamalarla, irəli sürdüyü nəzəriyyə və işləyib hazırladığı təsnifatlarla Azərbaycanda torpaqşünaslığın inkişafına böyük töhfələr verib. Onun rəhbərliyi altında yetişən yüksək ixtisaslı kadrlar tərəfindən respublikada torpaqşünaslıq üzrə çox sayda əsaslı tədqiqat işləri uğurla yerinə yetirilib.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası akademik Vladimir Rodionoviç Volobuyevin 110 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

aia.az



544 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}