Mobil versiya
Azərbaycanlı idmançı Rusiyada bir zərbəylə ADAM ÖLDÜRDÜ
Tarix: 19-02-2019 | Saat: 11:09
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Azərbaycanlı idmançı Rusiyada bir zərbəylə ADAM ÖLDÜRDÜ


Rusiyanın Volqoqrad şəhərində 23 yaşlı azərbaycanlı samboçu Ruslan İsayev saxlanılıb.

BakuPost xəbər verir ki, o, Aleksandr Babareviçin ölümündə ittiham olunur.

Məlumata görə hadisə fevralın 16-da klubun qarşısında baş verib. 19 yaşlı Aleksandr söyüş söyüb. O daha sonra Ruslanı söhbət etmək üçün çağırıb. Azərbaycanlı idmançı Aleksandrın başına bir zərbə vurub. O, aldığı zərbədən hadisə yerində dünyasını dəyişib.

İdmançı saxlanılan zaman əməlini etiraf edib.

İlk məhkəmə iclası ötən gün keçirilib. Cinayət məcəlləsinə görə, İsayevi 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məhkəmədə Ruslan ev dustaqlığına buraxılmasını xahiş edib. Hakimlər isə onun iki ay müddətinə həbsdə qalması ilə bağlı qərar qəbul edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024