Mobil versiya
Kamaləddin Qafarov: Davamlı, uğurlu islahatlar dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir
Tarix: 15-02-2019, 11:00 | Saat: 15:47:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Kamaləddin Qafarov: Davamlı, uğurlu islahatlar dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir


"Azərbaycanın praqmatik düşüncə tərzinə və ölkənin ümumi qüdrətinin artmasına yönələn iqtisadi-siyasi və sosial siyasəti özünün miqyası və effektivliyi ilə bütün dünyada tanınır. Davamlı, uğurlu islahatların kecirilməsi bu siyasətin ayrılmaz tərkib hissəsidir. Prezidentimiz İlham Əliyevin da qeyd etdiyi kimi, bu islahatların əsası 1993-cü ildə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev geniş xalq kütlələrinin çağırışı ilə ikinci dəfə hakimiyyətə gələrkən qoyulmuşdur. Böyük öndərimiz həmin vaxtlar dövləti və dövlətçiliyimizi qoruyaraq onun stabil inkişaf yoluna qədəm qoyması üçün çox böyük səylər göstərdi, Azərbaycanı dinamik inkişaf yoluna çıxardı”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

K.QAfarov bildirib ki, islahatlarin ikinci mərhələsi 2003-cü ildən Azərbaycanın sükanı arxasına keçən, Ulu öndərin ideya-siyasi irsini yaşadaraq daha da zənginləşdirən, Heydər Əliyevin nəhəng quruculuq arzularını yaradıcı şəkildə reallaşdıran İlham Əliyev cənablarının hakimiyyətə gəldiyi dövrdən başlandı. Keçən 15 il ərzində Azərbaycan daha da inkişaf etdi, qüvvətləndi, nəinki regionun, hətta dünyanın inkişaf etməkdə olan qabaqcıl ölkələrindən birinə cevrildi.

"Müasir dövrün çağırışları və tələbləri ilə bağlı labüd olan islahatları Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev müsahibədə çox dəqiq izah edir və əsaslandırır: "2019-cu ildən bizim islahatlarımızın yeni mərhələsi başlayır. Bu da təbiidir. Çünki ötən il keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı mənə bir daha böyük etimad göstərib və mən bu seçkilərə islahatlar gündəliyi ilə getmişəm. Təbii ki, keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yeni islahatlara start verildi. Ona görə də 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır.” Prezidentimizin müsahibəsi xalq qarşısında ən mükəmməl hesabat və strateji fəaliyyət proqramıdır”-deyə, deputat vurğulayıb.

aia.az



5299 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

27-03-2020
«    Март 2020    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
{sape_links}{sape_article}