Mobil versiya
Qax – yollarda problem yaşanmır
Tarix: 30-01-2019, 18:11 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Qax – yollarda problem yaşanmır




Son dövrlər Qaxda həyata keçirilən abadlıq-quruculuq işlərinin geniş vüsət alması, bu rayonun yollarının vəziyyətində də öz əksini tapır. Bu işlərin yüksək səviyyədə görülməsi üçün 13 nömrəli “Yol İstismar” MMC-nin kollektivi də üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir.

Bu gün paytaxt Bakı ilə yanaşı ölkəmizin bütün regionlarında yol infrastrukturunun yenudən qurulması, yeni yol qovşaqlarının, körpülərin salınması istiqamətində görülən işlər özünün yüksək dinamikası ilə diqqəti cəlb edir. Bu məqsədlər üçün Ölkə Prezidentinin müvafiq sərəncamları ilə ayrılan vəsaitlər bu sahədə həqiqətən də böyük layihələrin reallaşdırılmasını təmin edir. Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artır.

Bütün işlər yalnız yüksək keyfiyyətlə həyata keçirilir

Artıq dəfələrlə qeyd etdiyimiz kimi, yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməsi baxımından, işlərin bilavasitə icraçıları olan yol-istismar idarələrinin səmərəli fəaliyyətləri də xüsusi əhəmiyyət kəsb edir. Bu gün gördüyü işlər haqqında bəzi məlumatları təqdim edəcəyimiz müəssisə Avtomobil Yolları Dövlət Agentliyinin Qax rayonunda fəaliyyət göstərən 13 nömrəli “Yol İstismar” MMC-dir.



Xüsusilə son dövrlərdə Qax rayonu ərazisində genişləndirilmiş prospektlər və abad yollar, səliqə-sahmanlı küçələr göz oxşayır. Bu işlərin yüksək səviyyədə görülməsi üçün 13 nömrəli “Yol İstismar” MMC-nin kollektivi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Qeyd etdiyimiz kimi, əsasən Qax rayonu ərazisində fəaliyyət göstərən bu müəssisə Dövlət Proqramının icrasından irəli gələn tələblərə uyğun olaraq, kəndarası yolların təmiri, bərpası və tikintisi ilə məşğul olur. Diqqətəlayiq haldır ki, müəssisənin fəaliyyəti yerli ictimaiyyət tərəfindən də kifayət qədər yüksək qiymətləndirilir. Bu barədə redaksiyamıza təqdim olunan açıqlamalarda da qeyd olunur ki, məhz MMC-nin rəisi Əhməd Mirzəbəyovun yüksək peşəkarlığı və effektiv idarəçilik qabiliyyəti bu MMC-nin analoji müəssisələr sırasında xüsusilə seçilməsini, eləcə də görülən işlərin yüksək keyfiyyətini təmin edir. Vurğulanır ki, Əhməd Mirzəbəyovun rəhbərliyi ilə Qax rayonunda yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verməkdədir.

Çovğunda da yolda qalan olmayıb

Yəqin ki, bir neçə gün bundan əvvəl ölkə ərazisində havaların kəskin pisləşməsini hələ çoxumuz xatırlayırıq. Bəzi ərazılərdə isə, hətta qar çovğunu və qasırğa küləyinin əsməyi də müşayiət olunmuşdu. O cümlədən, yanvarın 17-si axşam saatlarından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsinin dağlıq və dağətəyi ərazilərinə də qar yağmış, havanın temperaturu kəskin aşağı düşmüşdü. Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndində isə, yanvarın 18-də səhər saatlarında qarın qalınlığı 10 santimetr təşkil edirdi. Bununla belə, qar sakinlər üçün heç bir problem yaratmamışdı. Avtomobil Yolları Dövlət Agentliyinin 13 nömrəli “Yol İstismar” MMC tərəfindən vaxtında görülmüş tədbirlər nəticəsində Qax-İlisu avtomobil yolunda, eləcə də kənddaxili yollarda nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmamışdı.



Bəlkə də bu bir epizod xüsusi olaraq xatırlanmaq üçün elə də böyük əhəmiyyət kəsb etmir. Lakin etiraf olunmalıdır ki, istənilən bir qurumun fəaliyyəti də məhz bu kimi kiçik epizodlardan ibarət olur.

Rayonda yol infrastrukturu əsaslı şəkildə yenilənir

2018-ci ildə Qax rayonu ərazisində yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı həyata keçirilən mühüm layihələrdən biri də Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması olub. Oktyabrın 28-də açılşı olmuş Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilib. Qeyd edək ki, açılış mərasimində dövlət başçısı bilavasitə özü iştirak edib. Yol 13 məntəqəni əhatə etməklə burada yaşayan 4 min nəfər əhalinin rahat gediş-gəlişini təmin edəcək, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində mühüm rol oynayacaq. Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun uzunluğu 44,5 kilometr, hərəkət hissəsinin eni 6-7 metrdir. Yol uzun müddət əsaslı təmir edilmədən istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Müvafiq olaraq, III və IV texniki dərəcələrə aid olan ikizolaqlı hərəkət hissəli yolun inşası yüksək keyfiyyətlə, bütün texniki tələblərə və ardıcıllığa uyğun aparılıb. Layihə çərçivəsində zəruri olan yerlərdə suötürücü borular quraşdırılıb, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr qoyulub, yol-cizgi xətləri çəkilib. İnşaat işləri zamanı Qax şəhərinin girişində yolun dağ yamacı hissəsində çay daşından 2250 metr uzunluğunda istinad divarı tikilib. Həmçinin ümumi uzunluğu 69 metr olan iki körpü təmir edilib. Avtomobil yolunun inşası 13 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Bu yolun müasir səviyyədə yenidən qurulması həm yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaradacaq, həm də bölgənin turizm potensialının möhkəmləndirilməsi işinə də xidmət göstərəcək. Eyni zamanda, yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə imkan verəcək.

[img]http://ays.gov.az/cdn/2017/august/11/15024312364.6%20km,%20Alatəmir-Marsan%20yolu.JPG[/img]

Əminliklə demək olar ki, Əhməd Mirzəbəyovun rəhbərliyi altında 13 nömrəli“Yol İstismar” MMC-nin kollektivi bundan sonra da yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi istiqamətində öz səmərəli fəaliyyətlərini uğurla davam etdirəcəklər.

aia.az

Abbas Abbasov
Elbrus Bağırov



5424 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

06-04-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}