Mobil versiya
Qəbələdə ərəblərin kirayə qaldığı ev yandı - ölən və yaralananlar var
Tarix: 08-10-2018 | Saat: 10:33
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Qəbələdə ərəblərin kirayə qaldığı ev yandı - ölən və yaralananlar var


Qəbələ rayonunda ərəb turistlərin yaşadığı evdə yanğın olub. Hadisə rayon mərkəzində yerləşən fərdi evlərdən birində baş verib.



Modern.az-ın məlumatına görə, hadisə nəticəsində bir ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.



Hadisə nəticəsində Kuveyt vətəndaşı, 1995-ci il təvəllüdlü Arbua Adnan Al-Hamidi yanaraq ölüb.


Hadisə nəticəsində ailənin digər üzvləri - 1993-cü il təvəllüdlü Ahmed Adnan Al-Hamidi, 2001-ci il təvəllüdlü Nura Adnan Al-Hamidi, 1989-cu il təvəllüdlü Sara Adnan Al-Hamidi, 2017-ci il təvəllüdlü Adam Nudar Al-Behni, 1960-cı il təvəllüdlü Raba Muhammef Al-Rabaşda və 1958-ci il təvəllüdlü Adnan Al-Hamidi bədənin müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.



Xatırladaq ki, bu gün səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib.



Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024