Mobil versiya
Zaqatalada baş verən ana ölümü ilə bağlı CİNAYƏT İŞİ AÇILDI
Tarix: 7-09-2018, 16:08 | Saat: 15:47:00
Bölmə:Karusel / Hadisə | çapa göndər

Zaqatalada baş verən ana ölümü ilə bağlı CİNAYƏT İŞİ AÇILDI


Zaqatala rayonunda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanıb.

aia.az Report-a istinadən xəbər verir ki, sentyabrın 5-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızının doğuş zamanı ölməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib.

Başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Tibb işçisinin (yaxud işçilərinin) günahları sübuta yetiriləcəyi təqdirdə, onları iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, sentyabrın 5-də Zaqatalanın Uzunqazmalar kənd sakini, 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızı səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasına doğum üçün müraciət edib. O, günorta saatlarında qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib. Əməliyyatdan sonra axşam saatlarında ailəsinə ananın ölməsi ilə bağlı məlumat verilib. Mərhumun yaxınlarının bildirdiyinə görə, S.Karatova narkozdan ayılmayıb.

Körpənin vəziyyəti normaldır.

Qeyd edək ki, S.Karatovanın yaşyarımlıq oğlu da var.

aia.az



5244 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

27-03-2020
«    Март 2020    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
{sape_links}{sape_article}