Mobil versiya
“Azərişıq” Nardarana BU ŞƏRTLƏ işıq verəcək
Tarix: 5-12-2015, 15:25 | Saat: 15:47:00
Bölmə:Gündəm / İqtisadiyyat / Manşet2 / Karusel | çapa göndər

“Azərişıq” Nardarana BU ŞƏRTLƏ işıq verəcək
“Nardaran qəsəbəsində abonentlərin elektrik enerjisi təchizatının dayandırılması istifadə olunmuş enerjinin haqlarının ödənilməməsi ilə əlaqədardır”.

Bu barədə “APA-Economics”ə ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T. Mustafayevin sözlərinə görə, noyabr ayının 20-də “Azərişıq” ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərə xəbərdarlıq edilib ki, 23 noyabr 2015-ci il tarixdə, saat 12:00-dan etibarən elektrik enerjisinin verilişi dayandırılacaq.

“Hazırda qəsəbədə yenidən SMS tipli sayğacların quraşdırılmasına başlanılıb, hər bir abonentlə fərdi qaydada xüsusi müqavilə bağlanaraq sayğaclara yüklədikləri vəsait əsasında elektrik enerjisi ilə təchiz ediləcəklər. Bütün yuxarıda qeyd olunan tədbirlərin icrasına nəzarət təmin etmək üçün xüsusi qərargah yaradılıb. Abonentlər elektrik enerjisi təchizatı ilə bağlı qərargaha müraciət edə bilərlər”, - deyə qurum rəsmisi bildirib.

T. Mustafayev qeyd edib ki, yeni şərtlərə əməl edən Naradaran sakinləri elektrik enerjisi ilə təchiz olunacaqlar.



5596 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

31-03-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}