Mobil versiya
Muradın Arzusu
Tarix: 26-02-2018, 17:28 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

 Muradın Arzusu



Əsrlər boyu erməni əclaflarının başımıza açdığı minbir müsibətlərin, zülümlərin vəhşiliklərinin şahidi olmuşuq. ermənilərə həmişə Azərbaycan xalqı dizinin üstündə yer verib, süfrəsində başda əyləşdirib. Amma onların türk millətini görməyə gözləri olmayıb. Torpağımızda doğulub, torpağımızda böyüyüb, suyumuzdan, çörəyimizdən içib necə deyərlər, bizə qarşı nankor çıxıblar. İstər 1905- ci ildə, istər 1918 -ci ildə ermənilər bizə qarşı murdar əməllərindən əl çəkməyiblər. Torpaqlarımızda öz yurddaşlarımıza, sakinlərimizə olmazın əzablar veriblər. Övladlarını, balalarını türkə qarşı nifrətlə böyüdüblər. Mən deyərdim ki, yer üzündə nəinki yer üzündə əsrlərin ən dəhşətli faciəsi Xocalı faciəsidi. 1992-ci ildə fevralın 25- indən 26 -sına keçən gecə erməni quldurları Xocalı şəhərinə hücum edərək Xocalı şəhərini yandırıb kül etmişdilər. Yazıq sakinlərə qaçmağa belə imkan vermirdilər. Neçə-neçə qız-gəlinləri əsir götürüb onları zorlayırdılar. Uşaqların dillərin kəsib, gözlərini çıxardırdılar. Qızların döşlərini kəsib əllərində oynadırdılar. Bu cür faciəni çəkib göstərməkdə Milli qəhrəmanımız Çingiz Mustafayevin böyük rolu var. Allah rəhmət eləsin Çingiz Mustafayevə. O gecənin kadrlarını çəkib dünyaya çatdırmasaydı dünya bu cür erməni oğraşlarının oğraş işlərinin şahidi olmazdılar. Artıq 26 il ötür Xocalı faciəsindən. 26 rəqəmi elə də balaca bir rəqəm deyil. 26 il bir igidin ömrüdü. Bəli, Xocalı təkcə Azərbaycanın sağalmayan yarası deyil. Xocalı bütün türk dünyasının sağalmayan yarasıdı. Öz doğma qardaşına atılan gülləni o biri qardaşı bağışlayarmı? Əlbəttə bağışlamaz. Türklər də bizim qardaşımızdı. Onlar da bizimlə bərabər hüzn içindədilər. Xocalı haqda neçə-neçə filmlər çəkilib, tamaşalar göstərilib, kitablar yazılıb, mahnılar bəstələnib. Elə Vahid Mustafayevin "Xoca" filmi buna əyani sübutdu. Xocalı soyqırımını əks etdirən çox sənədli filmlər nümayiş etdirilə,teatrlarımızda çox tamaşalar göstərilə bilər. Əziz oxucularımız S. Elsevərin "Ürəyində arzu tut" əsəri əsasında Gənc tamaşaçılar teatrın hazırladığı "Arzu və Murad" tamaşası olduqca çox təsirli tamaşadı. Dünən tamaşaya baxanda inanın göz yaşlarımı saxlaya bilmirdim. Peşəkar komandanın ərsəyə gətirdiyi iş bu cür olmalıdı. Onu da qeyd edim ki, "Arzu Murad" tamaşası da Xocalı faciəsindən bəhs edirdi. Tamaşanın qurluşcu rejissoru Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar xanım Hacıyeva bu tamaşanı çox gözəl hazırlamışdı. Tamaşanın bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdu. Murad rolunda Anar bəy, Arzu rolunda Səbinə xanım, Şirin rolunda Gülər xanım, Güşvər xanım Xatirə rolunda, Kərəm bəy Həsrət rolunda, İlham bəy Azad rolunda, Nuriyyə xanım Sədaqət rolunda olduqca çox gözəl möhtəşəm bir tamaşa nümayiş etdirdilər. Sanki Xocalı hadisələrini öz gözlərimizlə görürdük. Heç atam rəhmətə gedəndə elə ağlaya bilməmişdim. Amma bu Arzu Murad tamaşasına baxanda göz yaşlarımı saxlaya bilmədim. Arzu xanımın başına gələnləri eşidəndə qəhər məni boğurdu. Allah bu erməni əclaflarına lənət eləsin! Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə, fədakar kollektivinə, ələlxüsus Gülnar xanıma dərin minnətdarlığımı bildirirəm ki, bu cür düşündürücü, maarifləndirici gənclər üçün ən əsası uşaqlar üçün vətənpərvərlik mövzusunda tamaşalarla görüşümüzə gəlirsiniz. Hörmətli valideynlərə üzümü tutub deyirəm ki, " Maşa və ayı" kimi dəyəri olmayan cizgi filmlərinə uşaqlarınızı qoymayın baxsınlar. Necə ermənilər uşaqlarına balacalıqdan aşılayırlar türklər düşməninizdi. Biz də uşaqlarımıza bu cür mükəmməl, möhtəşəm tamaşalarla sübut etməliyik ki, bax, uşaqlar ermənilər bütün türk dünyasının düşmənidi. Allah erməni faşistlərinin kökünü kəssin! Mən əminəm ki, cənab Ali Baş Komandanımızın düzgün siyasəti nəticəsində öz dədə-baba, halal öz yurdumuz olan Qarabağa qayıdacağıq. O gün elə də çox uzaq deyil. Sonda əziz oxucularımızın nəzərinə Xocalı haqda şeirimi çatdırmaq istəyirəm.

Sənə ağlayıram, sənə Xocalım!

/26 fevral Xocalıda vəfat edənləri Allah rəhmət eləsin! \

Bu dərdə dağların bükülən oldu,
Qəşəng binaların sökülən oldu.
Səadət üzündən çəkilən oldu,
Sənə ağlayıram, sənə Xocalım!

Sinəsi bağrı qan çat-çat olmusan,
Bəzi insanlara lap yad olmusan.
Düşmən tapdağında it-bat olmusan,
Sənə ağlayıram, sənə Xocalım!

Yat dizim üstündə laylanı çalım,
Ağrını canıma, könlümə alım.
Düşmən çıxıb getmir o ki, çox zalım,
Sənə ağlayıram, sənə Xocalım!

Acıqlı bir sözə, bir himə bəndəm,
Səni yada salıb ağlayam o dəm.
Fuadam, yenə də gözlərimdə nəm,
Sənə ağlayıram, sənə Xocalım!

Müəllif: Azərbaycan Yazıçlar Birliyinin üzvü, Prezident mükafatçısı Fuad Biləsuvarlı

aia.az

 Muradın Arzusu
 Muradın Arzusu



5767 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-01-2020
24-01-2020
«    Январь 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}