Mobil versiya
Azərbaycanlı modelin olduğu yaxta aşdı - MEYİTİ TAPILDI - YENİLƏNİB - FOTO
Tarix: 29-06-2017 | Saat: 16:44
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Azərbaycanlı modelin olduğu yaxta aşdı - MEYİTİ TAPILDI - YENİLƏNİB - FOTO




15:06

Bakıda dənizdə batan modelin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən AİA.Az-a verilən məlumata görə, Günel Mirzəyevanın meyiti iyunun 29-da səhər saatlarında aşkar edilərək sudan çıxarılıb.

Qeyd edək ki, Günel Mirzəyeva iyunun 27-də Bilgəh çimərliyində dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Sahildən 200 metr uzaqlıqda yaxta aşıb və nəticədə iki nəfər dənizə yıxılıb. G.Mirzəyeva üzə bilmədiyindən dənizdə batıb.

G.Mirzəyeva "Miss Lafarella" internet müsabiqəsinin iştirakçısı, fitness məşqçisi olub.

-----------

14:57

Bakıda gənc model, gözəllik müsabiqələrindən birinin iştirakçılarından olan Günel Mirzəyeva vəfat edib.

AİA.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsində Günelin tanışları məlumat yayıb. Onun rəfiqələrindən biri 1news.az-a söhbət zamanı qızın üzə bilmədiyini deyib.

"Bu, əsasən, bağ evlərinin sakinlərinin yığışdığı "vəhşi" çimərlikdə baş verib. O, dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. Günel üzə bilmirdi. Yanındakı şəxs xilas ola bilib, bu isə yox. Onun cəsədi hələ də tapılmayıb. Axtarışlar davam edir", - agentliyin həmsöhbəti bildirib.

Bildirək ki, Günelin ölümü ilə bağlı rəsmi orqanlara heç bir məlumat daxil olmayıb.

"Bunun həqiqət olduğuna inana bilmirəm. inana bilmirəm ki, sən artıq yoxsan! Bizim ən şən, həyatsevər qızımız. Sən həyatı çox sevirdin, planlar qururdun, hər zaman gülürdün. Yardımsevər qızımız. Günlərdir ağlayırıq. Hələ də düşünürük ki, sən sağsan və bizimlə zarafat etmək istəmisən. İnanmaq istəmirəm! Sən belə ölümə layiq deyilsən! Sənə "əlvida" demək istəmirəm, sən hər zaman mənim qəlbimdə yaşayacaqsan... Bizim sevimli Günelimiz", - Nailə Sultanova adlı rəfiqəsi yazıb.

"Axı niyə? Necə?! Axı niyə səni xilas edə bilmədilər?! İnanmıram! Bu haqda danışmaq istəmirəm! Aman Allah. Günel əbədi olaraq bizim xatirələrimizdə yaşayacaq", - sosial şəbəkə istifadəçisi İmran Dadaşov yazıb.

Günel ilə tanış olan sosial şəbəkə istifadəçiləri onun boğularaq öldüyünü bildiriblər.

Xatırladaq ki, Günel Mirzəyeva 2013-cü ildə Lafarella brendinin 1news.az. agentliyi ilə birgə keçirdiyi "Miss Lafarella" layihəsinin iştirakçısı olub.

Hələ o zaman Günel 1news.az-a verdiyi müsahibəsində, ailə qurmaq və övlad sahibi olmağı arzuladığını bildirmişdi.

----------

13:29

Bakıda gənc model, gözəllik müsabiqələrindən birinin iştirakçılarından olan Günel Mirzəyeva vəfat edib.

Axşam.az-ın "1news.az"a istinadən məlumatına görə, bu haqda Günelin yaxın dostu xəbər verib.

O bildirib ki, Günel dənizdə boğulub:

"Hadisə "vəhşi" çimərlikdə baş verib. O, dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. Günel üzə bilmirdi. Yanındakı şəxs xilas ola bilib, bu isə yox. Onun cəsədi hələ də tapılmayıb. Axtarışlar davam edir.

Günlərdir ağlayırıq. Hələ də düşünürük ki, sən sağsan və bizimlə zarafat etmək istəmisən".

Günelin ölümü ilə bağlı rəsmi orqanlara heç bir məlumat daxil olmayıb.

Qeyd edək ki, Günel son vaxtlar xeyriyyə işləri ilə məşğul olurmuş.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024