Mobil versiya
Nasa Günəşə kosmik gəmi göndərir
Tarix: 02-06-2017 | Saat: 14:54
Bölmə:Media / Aia TV | çapa göndər

Nasa Günəşə kosmik gəmi göndərir



Amerikanın Kosmos və Aviasiya İdarəsi (NASA) yeni "Günəşə toxunmaq" adlı layihəni gerçəkləşdirməyə hazırlaşır.

AİA.az xəbər verir ki, NASA layihə çərçivəsində Günəş orbitinə "Parker Solar Probe" adlı kosmik gəmi göndərəcək.
Amerikanın Kosmos və Aviasiya İdarəsindən verilən rəsmi məlumatlara görə, 2018-ci ilin yayında göndəriləcək kosmik gəmi bu günə qədər Günəşə ən çox yaxınlaşan kosmik vasitə olacaq. "Parker Solar Probe" adlı gəminin Günəşə 4 milyon mil məsafədə orbitə enəcəyi deyilib.

Ən çox 2550 fahrenheit dərəcə istiliyə davam gətirəcək kosmik gəmi karbon kompozit istilik sistemi ilə təchiz edilib. Kosmik gəmi günəşin atmosferi kimi tanınan tac kürənin araşdırılması, Günəş sisteminin dəqiq hərəkəti və necə qızdığına dair məlumat əldə etmək üçün istifadə olunacaq.

NASA rəsmisinin sözlərinə görə, elm adamları Günəş sisteminin ətraflı şəkildə öyrənilməsini qarşılarına məqsəd qoyub. Bu vasitə dünyanın maqnit sahəsini silkələyən və kosmik hava hadisələrinin yaranmasına səbəb olan proqnozların dəqiqləşdirilməsinə kömək edəcək.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024