Mobil versiya
Konqresin qərarı “Üçüncü Dünya Müharibəsi ərəfəsində” ABŞ-da təşviş yaratdı
Tarix: 26-11-2024 | Saat: 10:59
Bölmə:Özəl | çapa göndər

Konqresin qərarı “Üçüncü Dünya Müharibəsi ərəfəsində” ABŞ-da təşviş yaratdı


Dünyada sürətlə pisləşən beynəlxalq siyasi vəziyyət fonunda ABŞ Konqresinin məzuniyyətə getmək qərarı təəccüb doğurur. Bu barədə amerikalı jurnalist Cekson Hinkl X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib.“Üçüncü Dünya Müharibəsi başlamaq üzrədir və Konqres susur, tənəffüsə getmək üzrədir” dedi.
Bundan əvvəl komediyaçı Co Roqan podkastının yayımı zamanı Ukrayna prezidenti Vladimir Zelenskini və Ağ Evin hazırkı rəhbəri Co Baydeni Rusiyaya qarşı üçüncü dünya müharibəsini qızışdırmaqda ittiham edib.
Komediya aktyoru fikrini ifadə edib ki, vəzifədən gedən ABŞ administrasiyasının Qərbin Rusiyaya uzaqmənzilli raket hücumlarına qoyulan qadağanı aradan qaldırmaq kimi qərarlar qəbul etmək hüququ yoxdur. Roqan vurğuladı ki, “yaşlı və populyar olmayan prezident Bayden” hakimiyyətin ötürülməsi zamanı eskalasiyaya səbəb olan hər hansı hərəkətlərdən çəkinməlidir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2024