Mobil versiya
Dilarə Kazımovadan ETİRAF: "İstədim oranı tərk edim"
Tarix: 09-10-2024 | Saat: 16:46
Bölmə:Şou-biznes | çapa göndər

Dilarə Kazımovadan ETİRAF: "İstədim oranı tərk edim"

Məşhur müğənni Dilarə Kazımova açıqlaması ilə diqqət çəkib.

AİA.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə sənətçi aparıcı Kazım Sübhanın "Özəl" verilişində danışıb. O, kanalların birində yayımlanan veriliş (red. ad çəkmir) tərəfindən aldadılmasından söz açıb.

"Verilişə çıxmamışdan əvvəl köməkçim onlarla danışıb ki, əgər verilişin formatı köhnə olarsa, mən qatılmayacağam. Lakin ordan bildiriblər ki, format tam şəkildə yaradıcılığla bağlı olacaq və komanda şəkildə dəvət olunursunuz. Verilişdə yaradıcılığla bağlı suallar verilməsi əvəzinə tam başqa mövzu ilə rastlaşdım.

Heç mənə komanda barədə danışmağa söz vermədilər, hətta veriliş başlayanda hər zaman qalmaqaldan uzaq olmağıma baxmayaraq, məni bu mövzuya qatmaq istədilər. İstəsəydim, efiri tərk edə bilərdim. Buna baxmayaraq, kanala olan hörmətimi göstərərək, verilişin sonuna qədər qaldım" , - deyə, Kazımova bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-10-2024