Mobil versiya
Misli Premyer Liqası: “Kəpəz” – “Neftçi” matçında rekord və antirekord
Tarix: 07-10-2024 | Saat: 11:51
Bölmə:İdman | çapa göndər

Misli Premyer Liqası:

Doqquzuncu turun “Kəpəz” – “Neftçi” matçı Misli Premyer Liqasında mövsümün ən məhsuldar oyunu olub.

aia.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, meydan sahiblərinin 4:3 hesabı ilə qalib gəldiyi görüşdə ümumilikdə 7 qol vurulub.

Bunadək ən məhsuldar matçda 6 top qeydə alınıb. VII turun “Səbail” – “Sabah” görüşündə qonaqlar qalib gəliblər – 4:2.

Bununla da “Neftçi” çempionatdakı qələbəsizlik seriyasını 10-a çatdırıb. Ötən mövsümün son turunda “Sabah”a 0:1 hesabı ilə uduzan “ağ-qaralar” cari çempionatın 9 görüşündə 5 heç-heçə edib və 4 dəfə məğlub olub.

Mayın 18-də “Səbail” üzərində 3:0 hesablı qələbədən sonrakı ardıcıl 10 qalibiyyətsizlik “Neftçi”nin tarixində yeni antirekorddur. Bakı klubu 2015-ci ildəki 9 matçlıq seriyanı “arxada qoyub”. 2014/2015 və 2015/2016-ci illər mövsümlərini əhatə edən həmin seriya müddətində 5 heç-heçə və 4 məğlubiyyət yaşanıb.

“Neftçi” həm də tarixində ilk dəfə 3 və daha çox qol vurduğu görüşdə uduzub. Ölkə çempionatları tarixində isə 28-ci belə hadisə yaşanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-10-2024