Mobil versiya
Müdafiə Qüvvələrinin rəhbərinin təyyarə qəzasında öldüyü açıqlanıb
Tarix: 18-04-2024 | Saat: 22:30
Bölmə:Özəl | çapa göndər

Müdafiə Qüvvələrinin rəhbərinin təyyarə qəzasında öldüyü açıqlanıb


Keniya prezidenti Uilyam Ruto ölkənin qərbində helikopterin qəzaya uğraması nəticəsində Müdafiə Qüvvələrinin rəisi general Frensis Oqolla və daha 9 hərbçinin həlak olduğunu açıqlayıb. Dövlət başçısı Keniya Təhlükəsizlik Şurasının təcili iclasından sonra televiziya ilə canlı yayımda çıxış edib.“Keniya Müdafiə Qüvvələrinin rəisi general Francis Ogolla-nın ölümünü dərin hüznlə elan edirəm” dedi Ruto, “Oqolla ilə eyni vaxtda doqquz əsgərimiz həlak oldu, daha ikisi isə yaralandı Bu gün təyyarə qəzası baş verib”.
Ruto üç günlük milli matəm elan edib. Prezident bildirib ki, baş verənləri araşdırmaq üçün komissiya yaradılacaq.

Keniyanın Nation qəzetinin yazdığına görə, vertolyot havaya qalxdıqdan az sonra yerə çırpılıb və alovlanıb. Oqolla Keniyanın şimal-qərbinə yoxlama turu aparırdı. O, 2023-cü ilin yazında Müdafiə Qüvvələrinin rəisi vəzifəsinə təyin edilib.

aia.az
tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024