Mobil versiya
XANKƏNDİ ŞƏHƏRİNDƏN DÜNYAYA NÖVBƏTİ MESAJ!
Tarix: 19-03-2024 | Saat: 15:44
Bölmə:Özəl | çapa göndər

XANKƏNDİ ŞƏHƏRİNDƏN DÜNYAYA NÖVBƏTİ MESAJ!

Dünya mədəniyyət tarixində barış və həmrəylik məqamı olaraq tanınan Novruz ən qədim bayram kimi min illərdən çoxdur ki, xalqımız tərəfindən sevgi və coşqu ilə qeyd olunur. Azərbaycanda kütləvi şəkildə ümumxalq bayramı kimi keçirilən Novruz şənlikləri hər şeydən öncə həyat tərzimiz, milli birliyimizin, dünyaya sülh və əmniyyət çağırışımızın simvoludur. Köhnəliyə əlvida, yeniliyə doğru qapı açan Novruz küsülüləri barışıdırır, evlərə sevinc, insanlara təbəssüm, mehribanlıq bəxş edir. Təbiətin oyanışının rəmzi sayılan Novruzun atributu olan səməni bayrama bayram qatır. Novruz bayramının bütün rituallarında və adətlərində mühüm mesajlar var ki, bu da bayramın dərin fəlsəfi mahiyyətindən xəbər verir. Bu bayramın mahiyyətindən irəli gələn bəşəri dəyərlərin gücü tarixin ən keşməkeşli vaxtlarında belə onu qoruyub və bu günümüzə çatdırıb. Sovet işğalı dönəmində, azadlığı süngü ilə əlindən alınmış və uzun müddət milli rəmzlərimizin basqı, qadağalar altında olduğu dönəmlərdə də xalqımız keçmişinə ehtiram göstərərək milli-adət ənənələrini yaşatmış, nəsildən-nəslə miras kimi ötürmüş, dünyaya daşımışdır. Müstəqillik illərində öz milli adət ənənələrinə tam sahiblənən Azərbaycan milli bayramlarını da dövlət səviyyəsində təmtəraqlı keçirmək fürsəti qazandı. Bu bayramlar içində Novruz xüsusi olaraq seçilir. Novruz sıradan bir bayram deyil. Novruz xalqımız tərəfindən dünyaya təqdim olunan sülh, xeyir-bərəkət və humanizmə xidmət edən bəşəri mərasimdir. Novruz həm də arzuların, duaların dilə gətirildiyi bayramdır. Zəngin və çoxəsirlik tarixə malik olan Azərbaycan xalqı daim haqq-ədaləti, mənəviyyatı əsas tutmaqla  bütün xalqlarla dostluq, həmrəylik və əmin-amanlıq şəraitində yaşamağa üstünlük verilmişdir.
Bu şərtlər eyni zamanda xalqımızın qədim ənənəsi olan Novruz ənənələrində də geniş şəkildə əks olunur.  Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışır, qohumlar bir-birini ziyarət edir, bayram süfrələri açırlar. Novruzun gəlişi ilə həyat canlanır, insanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Uzun illər xalqımız bu bayram günlərində işğal altında olan torpaqlarımızın azadlığını, bayram şənliklərini öz doğma yurd yuvalarında keçirməyi arzulamışdır. Xalqımızın gücü, dövlətimizin qüdrəti nəhayət ki, bu arzunu gerçəkləşdirdi. 30 ildən sonra ilk dəfə olaraq Xankəndidə tarixi qələbəmizin memarı Prezident İlham Əliyev tərəfindən Novruz tonqalı alovlandı. Xankəndidəki bayram tonqalı həm dövlətimizin bütövlüyünün, həm də xalqımızın dünyaya Novruzun mahiyyətindən irəli gələn işıq və sülhün bəyanı idi. Prezident çıxışında qədim Xankəndinin tarixi haqda dəqiq faktlarla danışaraq dünyaya bu qədim yurd yerimizin Azərbaycan şəhəri olduğunu sübut etdi. Regionun lider dövlətinin rəhbəri kimi Novruz bayramı münasibətilə Xankəndidən xalqa ünvanlanan təbrik hər bir vətəndaş üçün böyük sevinc və xoşbəxtlik təntənəsinə çevrildi. Bir zamanlar göz yaşı, niskillə baxdığımız və gəzmək, yaşamaq xəyalı qurduğumuz Xankəndidə bu gün Azərbaycan bayrağı dalğalanır və qalib xalqın qalib lideri burada Novruz tonqalını alovlandırır, xalqı təbrik edir!
Ümumxalq xoşbəxtliyi dediyimiz, bax budur. Azərbaycanlı olmağın böyüklüyünü, qüdrətini, qürurunu yaşayan xalqımız tarixində ilk dəfə olaraq bütövləşən Azərbaycanın hər yerində səməni ətirli bayram əhval-ruhiyyəsində, sevinc içində el şənlikləri keçirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu il Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində həyatımızın yeni mərhələsinin başlanğıcına təsadüf etməsi ilə əlamətdardır. Yurdumuza bahar gəlir. Milli dərdlərini, problemlərini tam həll etmiş Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq Novruz bayramını niskilsiz, sevinc və qürurla keçirir. Bayramınız mübarək, dostlar. Hər günümüz bayram, süfrələrimiz bərəkətli olsun. Tanrı xalqımızı və dövlətimizi qorusun. Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalan, onun ideya və fikirlərini öz siyasi fəaliyyətində yaşadan cənab Prezident İlham Əliyevin də Novruz bayramına qarşı xüsusi bir münasibəti vardır. Müsətqil Azərbaycan dövlətinin milli bayramı olan Novruz xalqımız tərəfindən indi daha böyük coşqu və təmtəraqla qeyd olunur. Ölkə başçısı cənab İlham Əliyev hər il Novruz bayramı münasibətilə xalqı təbrik edir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasəti ilə xalqımızın arzusunu və Ulu Öndərin vəsiyyətini reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və xalqımız artıq dörd ildir ki, həmin ərazilərdə Zəfər təntənəsi ilə Novruz bayramını qeyd edir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Elşən Əzizov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024