Mobil versiya
Media: Amerikanın MQ9 Reaper pilotsuz təyyarəsi Polşada qəzaya uğrayıb
Tarix: 19-03-2024 | Saat: 14:22
Bölmə:Özəl | çapa göndər

Media: Amerikanın MQ9 Reaper pilotsuz təyyarəsi Polşada qəzaya uğrayıb

Amerikanın MQ9 Reaper hücum və kəşfiyyat pilotsuz təyyarəsi Polşada təcili eniş zamanı qəzaya uğrayıb. Bu barədə RMF FM radiostansiyası mənbələrə istinadən məlumat yayıb.RT xatırladır ki, bundan əvvəl Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı MQ9 Reaper-in respublikanın şimal-qərbindəki Miroslavets bölgəsindəki baza ilə əlaqəni itirdiyini bəyan edib.

Daha sonra mətbuatda təyyarənin təcili eniş zamanı qəzaya uğraması xəbəri yayılıb. Radiostansiyanın məlumatına görə, PUA hərbi bazadan bir neçə kilometr aralıda meşəlik əraziyə düşüb. Qeyd olunur ki, MQ9 Reaper Miroslavets üzərində dövrə vurub və yanacağı bitib, daha sonra hündürlüyünü tədricən aşağı salaraq yerə enib.

“Heç bir partlayış və ya yanğın olmayıb. Təyyarə silahlı deyildi”, RMF FM qeyd edir.

aia.az
tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024