Mobil versiya
Faydalı əməkdaşlıq
Tarix: 19-03-2024 | Saat: 10:25
Bölmə:Siyasət | çapa göndər

Faydalı əməkdaşlıq

Gürcüstan Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanımışdır. Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-dən qurulmuşdur. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyi açılmışdır. Bundan başqa, 2010-cu ildən Batumi şəhərində Azərbaycanın, 2013-cü ildən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluqları fəaliyyət göstərirlər.
Bugün ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri güclənir və möhkəmlənir. Ənənəvi görüşlər ölkələrimizin bir-birinə daha yaxın olması və xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir.İl ilboyu Azərbaycanda və bir çox ölkələrdə, o cümlədən Gürcüstanda Heydər Əliyevin 100 illiyi qeyd edilir. Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.
İki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edir. Martın 16-da Gürcüstan Respublikasının Baş Naziri İrakli Kobixidzenin ilk rəsmi səfərini Azərbaycana etməsi də göstərir ki, qonşu dövlət Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər.
Ölkəmizin başçısı cənab İlham Əliyev çıxışında qeyd edib ki, “Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulmuşdur.”
Gürcüstanla birgə həyata keçirilən bir sıra infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq-deyə bildirən cənab Prezident bundan sonra da belə layihələrin həyata keçirilməsində hər iki ölkənin maraqlı olduğuna diqqət çəkmişdir.
Ölkələrimiz arasında ticarət əlaqələrinin də inkişaf etdiyini bildirən cənab Prezident İlham Əliyev demişdir: “Bizim ticarət dövriyyəmiz də artmaqdadır. Artıq 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb. Gürcüstan Hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində ölkədə çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Təbii ki, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur.”
Gürcüstanın Baş nazirinin səfərini yüksək qiymətləndirən cənab Prezident iki qardaş ölkənin bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcəyini və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəyini söyləmişdir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024