Mobil versiya
Sülh və gözəllik bayramı
Tarix: 19-03-2024 | Saat: 10:10
Bölmə:Siyasət / Özəl | çapa göndər

Sülh və gözəllik bayramı

Gözəl adət və ənənələri, zəngin el şənlikləri, füsunkar gözəllikləri və yaddaqalan bayram nəğmələri ilə bol olan Novruz bayramı Azərbaycanda təntənə və yüksək əhval-ruhiyyə ilə qeyd edilir. Xalqımızın sevə-sevə qeyd etdiyi bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bizi də bir xalq olaraq birləşdirir, xalqımızda daha möhkəm birlik yaradır.
Ümummilli liderimiz Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran bayram kimi qiymətləndirmişdir. Novruz bayramı sovetlər birliyi dövründə rəsmən yasaq edilsə də, ümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmişdir.

Ötən əsrin 70-ci illərində isə Novruz bayramı ilk dəfə olaraq məhz Ulu Öndərin xeyir-duası ilə rəsmən qeyd olunmuş, televiziya ilə yayımlanmışdır. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəldir, milli irsə, tarixə böyük məhəbbət yaradır. Novruz dövlət səviyyəsində yüksək səviyyədə qeyd edilməklə yanaşı, dünya azərbaycanlılarının milli bayramına çevrilmişdir. Vaxtilə Ulu Öndər Heydər Əliyevin dediyi - “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.” Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ümummilli liderin bu vəsiyyətini də yerinə yetirdi. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və xalqımız bundan sonra həmin ərazilərdə Novruz bayramını dünya durduqca ürək açıqlığı və könül xoşluğu ilə qeyd edir. Bu ilki Novruz bayramının özəlliyi isə odur ki, nəhayət arzular, istəklər gerçəkləşib. 33 ildən sonra ilk dəfə Xocalıda və Xankəndidə Novruz tonqalı qalanır, el şənliyi keçirilir.

Möhtərəm dövlət başçımız Novruz bayramını birmənalı şəkildə milli varlığın qorunma vasitəsi hesab edir. Məhz bu yanaşma müasir Azərbaycan dövlətinin artıq bütün dünyada böyük əks-səda verən mədəniyyət siyasətinin əsasını təşkil edir.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024