Mobil versiya
Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur.
Tarix: 23-03-2023 | Saat: 14:07
Bölmə:Cəmiyyət | çapa göndər

Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur.

Türkiyə dünyanın ən çox zəlzələyə meyilli ərazilərindən biridir.Bir neçə tektonik qırılma xətlərinin yaxınlığında yerləşən Türkiyə dünyanın ən aktiv zəlzələ zonalarından biridir.Ölkənin çox hissəsi Anadolu tektonik ərazisində yerləşir. Bu ərazi isə Avrasiya, Afrika və Ərəb tektonik lövhələrinin arasında yer tutur. Ekspertlərin fikrincə, bölgənin ən böyük – Avrasiya və Afrika lövhələri yer dəyişdirdikcə, Türkiyənin ərazisi də sıxılır.Bu isə zəlzələ və təkanların tez-tez baş verməsinə gətirib çıxarır. Türkiyənin Fəlakət və Fövqəladə Hallar Agentliyi 2022-ci ildə 22 mindən çox təkan qeydə alıb.Onlardan çoxu öldürücü həddə olur. Ən çox insan tələfatı ilə nəticələnən sonuncu ağır zəlzələ 1999-cu ildə İzmitdə 7.6 bal gücündə olmuşdu. Həmin təbii fəlakət nəticəsində 17 mindən çox insan həlak olmuşdu.
Zəlzələnin baş verdiyi qeyri-sabit region Şərqi Anadolu tektonik zonası adlanır. Bu qırılma xətti Türkiyənin şimal-qərb və cənub-şərq sərhədləri boyu uzanır.Burada 100 ildən çox müddətdə hər hansı ciddi tektonik fəallıq qeydə alınmasa da, keçmişdə baş verən dağıdıcı zəlzələləri əsas gətirən seysmoloqlar ərazinin çox təhlükəli olduğunu deyirlər.Xüsusilə də 1882-ci il avqustun 13-də həmin qırılma xəttinin səbəb olduğu 7.4 bal gücündə zəlzələ buna nümunə ola bilər. Lakin həmin zəlzələ bu gün 7.8 bal gücündə baş verən zəlzələdən aşağı olub.Buna baxmayaraq, 19 əsrdə baş verən zəlzələ həmin ərazidə yerləşən şəhərlərin dağılmasına və tək Hələb şəhərində 7 min nəfərin ölümünə səbəb oldu.
2023-cü ilin fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ baş verib. Təbii fəlakət Türkiyənin 13,5 milyon insanın yaşadığı 10 vilayətini əhatə edib.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu vilayətlərdə fövqəladə vəziyyət elan edib və ölənlərin xatirəsinə ölkədə 7 günlük matəm elan olunub.
Qardaş ölkənin 10 vilayətində yaranan fövqəladə vəziyyətin böyüklüyünü və kəskin hava şəraitini nəzərə alaraq, dövlətimizin bütün əhalisi uşaqdan-qocasına qədər hər kəs öz əlindən gələn qədər həm maddi, həm mənəvi yardım etməyi özünə borc bilib əzəldən bir millətik, iki dövlət şüarının tam haqqını verərək Türkiyə Respublikasının yanında olmuşdur və olmağa davam edir.Bu çətin günlərdə Türkiyə Respublikasına ən böyük dəstək, sözsüz ki, qardaş ölkə dediyi Azərbaycandan gəlmişdir. Dövlətimizdə qardaş ölkədə olan bu faciəvi hadisədən çox böyük məyusluq hissi keçirir. Böyükdən-kiçiyə hər kəs Türk soydaşlarımız üçün dua edir, onlara hər cür dəstək olmağa çalışır.Türkiyədə 7,6 maqnitudalı olan zəlzələnin baş verməsi ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən humanitar yardım gəlməyə başlayıb.
“Report”un Ankara bürosunun məlumatına görə, yardım üçün müraciət edən ilk ölkə Azərbaycan olub.Türkiyədə yerli mətbuat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməyə hazırlaşdığını açıqlayıb.Hazırda Türkiyə qışın ən sərt dövrünü yaşayır. Hətta digər bölgələrinə nisbətən qışda mülayim hava ilə müşahidə olunan Qaziantepdə belə qarlı hava şəraiti müşahidə olunur, bu da zəlzələ baş verən ərazilərdə həyatı daha da çətinləşdirib. Biz qardaş xalq olaraq bu çətin günlərdə hər zaman qardaşlıq borcumuzu yerinə yetirib Türkiyənin yanında olacağıq. Bu faciədə ölənlərə Allahdan rəhmət, qalanlar inşəAllah tezliklə sağlamlığına qovuşar, hələdə axtarışda olanlarda tapılıb sevdiklərinə qovuşar. Türkün türkdən başqa dayağı yoxdur! Biz səninləyik qardaş, Türkiyə!

Günay Tairli Hümmət ,
Azərbaycan Dövlət Pedaqoji Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə