Mobil versiya
Eltun Süleymanov: “Dövlətimizin başçısı cənab İlham Əliyev bu gün dünyada əhəmiyyətli regional və beynəlxalq təşəbbüslərin müəllifi kimi tanınır”
Tarix: 23-03-2023 | Saat: 14:04
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “Dövlətimizin başçısı cənab İlham Əliyev bu gün dünyada əhəmiyyətli regional və beynəlxalq təşəbbüslərin müəllifi kimi tanınır”

“Martın 16-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə keçirilən Türkiyə Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə Toplantısı keçirilib. Azərbaycanın təklifi ilə keçirilən Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri kimi Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Milli Şurasının Xalq İşləri İdarəsinin rəhbəri Qurbanqulu Berdiməhəmmədov iştirak ediblər. Azərbaycan respublikasının Prezidenti İlham əliyevin bu toplantının məhz Ankarada keçirilməsi təşəbbüsü diqqətəlayiq bir hadisədir. Dövlətimizin başçısı cənab İlham Əliyev bu gün dünyada əhəmiyyətli regional və beynəlxalq təşəbbüslərin müəllifi kimi tanınır. Onun Qoşulmama Hərəkatının sədri olaraq pandemiya dövründə gördüyü işlər və bunun müsbət nəticələri hələ uzun illər beynəlxalq ictimaiyyətin müzakirə mövzusu olacaq. Bu gün dünyada müharibələr baş verir, sülh və sabitlik təhdid altındadır, yeni dünya düzəni formalaşır. Belə bir məqamda Prezidentimizin müxtəlif beynəlxalq platformalarda səsləndirdiyi fikirlər, irəli sürdüyü təşəbbüslər dünyanın gələcəyi üçün son dərəcə yüksək qiymətləndirilir və onun dünya liderləri sırasında yer aldığını göstərir. Zrvə toplantısında səsləndirdiyi fikirlər də bu qəbildəndir.
Qardaş ölkədə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar dövlətimizin başçısı qardaş ölkəyə bir daha dəstəyini nümayiş etdirdi. Bu həmçinin Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin təzahürüdür”

Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr mavini Eltun Süleymanov deyib.

Müsahibimiz bildirmişdir ki, “fövqəladə Zirvə Toplantısı məhz cənab prezident İlham əliyevin təşəbbüsü ilə Ankarada baş tutmuşdur. Fevralın 6-da Türkiyənin cənub-şərq bölgəsində minlərlə insanın həyatına son qoyan, minlərlə insanın yaralanması ilə nəticələnən və ağır dağıntılara səbəb olan iki dağıdıcı zəlzələdən sonra belə bir toplantının keçirilməsi qardaş xalqa dəstyin nümunəsi olaraq dəyərləndirilməlidir. Öz çıxışında cənab Prezident İlham əliyev bu məsləyə toxunaraq qeyd etdi ki, Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur və bundan sonra da belə olacaq. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır. Bu bir qardaşlıq rəmzidir. Bu bir vəfa borcudur. Çünki 44 günlük müharibədə Türkiyə dövlət və xalq olaraq müharibənin sonuna kimi Azərbaycanın yanında oldu, mənəvi və siyasi dəstəyini əsirgəmədi.”

Eltun Süleymanov bildirib ki, “cənab İlham Əliyev həmişə olduğu kimi Azərbaycan həqiqətlərini bir daha toplantı iştirakçılarının diqqətinə çatdırdı və 30 illik işğal nəticəsində Qarabağın erməni işğalçıları tərəfindən viranəyə çevrildiyini qeyd etmişdir: “30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Hirosiması” adlandırırlar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib. Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub.” Cənab Prezident bildirdi ki, Ermənistanın işğalının nəticələrindən biri də bu gün Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra 300-ə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır. Sülh müqaviləsindən yayınan Ermənistan hələ də ərazilərimizə mina basdıırmaqda davam edir. Cənab Prezident qardaş ölkələrin Qarabağda apardığı işləri qeyd edərək bildidi: “2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Hazırda bu ərazidə 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururlmaqdadır. Cənab Prezident qeyd edib ki, İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikilir, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunur.Əməkdaşlıq əlaqələri şaxələnir. Ötən kiçik dövr ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılmışdır.” Bütün bunlar qardaş türk xalqlarının vahid platformadan çıxış etdiyinin, hər bir halda bir-birinə dəstək verməsinin nümunəsidir. Bu birliyin möhkəmlənməsində xüsusi rolu olan cənab İlham Əliyevin beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatında apardığı iş bu gün hamı tərəfindən rəğbətlə qarşılanır. Cənab Prezident zirvə toplantısında Ermənistandan müxtəlif dövrlərdə deportasiya olunmuş Azərbaycan türklərinin hüquqlarının bərpa edilməsi, öz ata-baba torpaqlarına qayıtması zərurətini qeyd edərək bu sahədə dövlətin gördüyü işi qeyd etmişdir: “Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir.”
“Qeyd edilənlər göstərir ki. Azərbaycan Prezidenti öz prinsipial mövqeyindən çəkilmədən həm türk dünyasının birliyinə, həm də Azərbaycan xalqının və dövlətinin bu birlikdə yerinin möhkəmlənməsinə tarixi töhfələrini verməkdədir”-deyə Eltun Süleymanov fikrini tamamlamışdır



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024