Mobil versiya
Hulusi Akar: “Azərbaycanlı qardaşlarımıza var gücümüzlə dəstək olmağa davam edəcəyik”
Tarix: 14-07-2020 | Saat: 17:38
Bölmə:Manşet / Dünya | çapa göndər

Hulusi Akar:


"Ermənistanın Azərbaycanın Tovuz bölgəsinə həyata keçirdiyi hücumu şiddətlə qınayırıq. Hücumu dəf edərkən şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara təcili şəfa, qardaş Azərbaycan xalqına başsağlığı diləyirik”.

"CNN Türk”ün məlumatına görə, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan - Ermənistan sərhədində baş verən hadisələrə münasibət bildirərkən deyib.

"Dağlıq Qarabağı qanunsuz şəkildə işğal edən və illərdir təcavüzkar mövqe nümayiş etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında dayanmağa, "tək millət, iki dövlət” deyə qəbul etdiyimiz azərbaycanlı qardaşlarımıza var gücümüzlə dəstək olmağa davam edəcəyik”, - deyə Hulusi Akar bildirib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024