Mobil versiya
Bakıda “Taxta bazarı”nda yanğın - Yenilənib + Fotolar
Tarix: 30-05-2020 | Saat: 11:38
Bölmə:Karusel | çapa göndər

Bakıda “Taxta bazarı”nda yanğın - Yenilənib + Fotolar



Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı”nda yanğın baş verib.

AİA.Az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Dərnəgül yolunun Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov küçəsinin kəsişməsində qeydə alınıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Bakı şəhərinin Nərimanov rayonunda, taxta bazarının ərazisində ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb.

Fövqəladə Hallar Nazirliyindən AİA.Az-a verilən məlumata görə, taxta materialların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024