Mobil versiya
"Mercedes-Benz" 77 mindən çox avtomobili geri çağırır
Tarix: 30-03-2020 | Saat: 19:53
Bölmə:Media / Dünya | çapa göndər

"Mercedes-Benz" 77 mindən çox avtomobili geri çağırır





Almaniyanın məşhur avtomobil brendi "Mercedes-Benz"in Çindəki müştərək müəssisəsi olan "Beijing Benz Automotive"in istehsal etdiyi 77 min 607 avtomobil geri çağırılır.

Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, avtomobillərin geri çağırılmasına səbəb sükan idarəetməsinin gücləndiricisində potensial problemlərin olmasıdır. Martın 31-dən başlanacaq proses çərçivəsində 2016-cı ilin oktyabr ayından 2018-ci ilin aprelinədək olan müddətdə buraxılmış "C-class", "E-class" və "GLC SUV" modelləri geri çağırılacaq.

"Beijing Benz Automotive" avtomobilləri yoxlayacaq və nasazlıq aşkarlanarsa öz hesabına dəyişəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024