Ana Sayfa > Media / Dünya > "Mercedes-Benz" 77 mindən çox avtomobili geri çağırır
"Mercedes-Benz" 77 mindən çox avtomobili geri çağırır30-03-2020, 19:53. Yazar: sevinc1 |
Almaniyanın məşhur avtomobil brendi "Mercedes-Benz"in Çindəki müştərək müəssisəsi olan "Beijing Benz Automotive"in istehsal etdiyi 77 min 607 avtomobil geri çağırılır. Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, avtomobillərin geri çağırılmasına səbəb sükan idarəetməsinin gücləndiricisində potensial problemlərin olmasıdır. Martın 31-dən başlanacaq proses çərçivəsində 2016-cı ilin oktyabr ayından 2018-ci ilin aprelinədək olan müddətdə buraxılmış "C-class", "E-class" və "GLC SUV" modelləri geri çağırılacaq. "Beijing Benz Automotive" avtomobilləri yoxlayacaq və nasazlıq aşkarlanarsa öz hesabına dəyişəcək. Geri dön |