Strateji seçim: milli maraqlara hörmət, beynəlxalq hüquq normalarına riayət və etimada əsaslanan sülh quruculuğu
Tarix: 16-10-2026 | Saat: 13:01
Bölmə:Manşet / Siyasət | çapa göndər

Müasir dünyada beynəlxalq münasibətlərin sabitliyi dövlətlərin bir-birinin hüquqlarına hörmət etməsindən, siyasi məsələlərin beynəlxalq hüquq çərçivəsində həllindən və qarşılıqlı etimadın qorunmasından asılıdır. Lakin beynəlxalq qərarların icrasında müşahidə olunan problemlər, ikili standartlar və münaqişələrin uzun müddət həllsiz qalması bu prinsiplərin təmin olunmasını çətinləşdirir. Belə bir şəraitdə dövlətlərin suverenliyinin qorunması, beynəlxalq təşkilatların məsuliyyətinin artırılması və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi xüsusi aktuallıq kəsb edir. Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın bu məsələlərə prinsipial münasibətini və beynəlxalq əməkdaşlığın gələcəyinə dair baxışlarını nümayiş etdirir.
Dövlət başçısı çıxışında Azərbaycanın uzun illər üzləşdiyi işğal siyasətinə, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasız qalmasına və beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartlara toxunub. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamənin uzun müddət yerinə yetirilməməsi beynəlxalq hüququn tətbiqindəki ziddiyyətləri nümayiş etdirib. Bu təcrübə göstərir ki, dövlətlərin suverenliyi və ərazi bütövlüyü yalnız bəyanatlarla deyil, konkret siyasi iradə və təsirli hüquqi mexanizmlərlə qorunmalıdır.
Beynəlxalq hüququn aliliyi bütün dövlətlər üçün eyni meyarlarla təmin olunmalıdır. Hər hansı ölkənin ərazi bütövlüyünə münasibətin siyasi maraqlardan asılı olaraq dəyişməsi beynəlxalq sistemə olan inamı zəiflədir. Eyni zamanda, qəbul edilmiş qərarların icrasına laqeyd yanaşılması təcavüzkar siyasətin davam etməsi üçün əlverişli şərait yaradır. Prezident İlham Əliyevin çıxışında bu məsələlərin ön plana çəkilməsi Azərbaycanın təcrübəsindən irəli gələn mühüm beynəlxalq çağırışdır. Çünki təhlükəsizliyin təmin olunması üçün yalnız münaqişələrin nəticələri deyil, onların yaranmasına səbəb olan amillər də aradan qaldırılmalıdır.
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi milli maraqlarının qorunması istiqamətində nümayiş etdirdiyi qətiyyətin nəticəsidir. 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinin tam bərpasını təmin etdi. Bununla da uzun illər davam edən münaqişənin hərbi-siyasi mərhələsi başa çatdı və regionda yeni reallıqlar yarandı.
Azərbaycanın bu mərhələdə nümayiş etdirdiyi siyasi mövqe də xüsusilə təqdirəlayiqdir. Ölkəmiz ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda dayanıqlı sülhün təmin olunmasını əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin çıxışında müharibənin Azərbaycanın seçimi olmadığı, ölkəmizin uzun müddət sülh yolu ilə həllə çalışdığı və qələbədən sonra da sülh təklif etdiyi vurğulanıb. Bu yanaşma təsdiqləyir ki, Azərbaycanın məqsədi yalnız tarixi ədaləti bərpa etməklə məhdudlaşmır, eyni zamanda gələcək qarşıdurmaların qarşısını almaq və regionda təhlükəsiz inkişaf üçün şərait yaratmaqdır.
Dayanıqlı sülhün təmin olunması isə tərəflərin qarşılıqlı suverenliyə və ərazi bütövlüyünə hörmət etməsini, ərazi iddialarından imtinanı və əldə olunan razılaşmaların yerinə yetirilməsini tələb edir. Münaqişənin başa çatması mühüm mərhələ olsa da, sülhün qorunması davamlı siyasi iradə və məsuliyyət tələb edir. Bu baxımdan, beynəlxalq ictimaiyyətin də regionda normallaşma prosesinə obyektiv yanaşması və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edən təşəbbüsləri dəstəkləməsi vacibdir.
Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsində ölkəmizin əlverişli coğrafi mövqeyi və həyata keçirdiyi müstəqil xarici siyasət də mühüm rol oynayır. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan müxtəlif regionlar arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafına töhfə verir. Enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizləri və iqtisadi tərəfdaşlıq sahələrində həyata keçirilən layihələr ölkəmizin Avrasiya məkanında birləşdirici mərkəz kimi rolunu artırır. Bu imkanlardan səmərəli istifadə həm milli iqtisadi maraqlara xidmət edir, həm də tərəfdaş dövlətlər arasında qarşılıqlı faydalı əlaqələrin genişlənməsinə şərait yaradır.
Azərbaycanın AQEM-ə ikiillik sədrliyi dövründə təşkilatın institusional imkanlarının gücləndirilməsi və üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar da ölkəmizin çoxtərəfli diplomatiyaya verdiyi önəmi göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür: “Üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir”.
Nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın təşviqi AQEM-in fəaliyyətinin daha geniş məzmun qazanmasına xidmət edir. Bu istiqamətlər müasir dövrdə dövlətlərin iqtisadi inkişafı və təhlükəsizliyi ilə sıx bağlıdır. Nəqliyyat əlaqələrinin inkişafı ticarət imkanlarını genişləndirir, rəqəmsallaşma yeni əməkdaşlıq formaları yaradır, təhsil və elm sahəsində təcrübə mübadiləsi isə dövlətlər arasında uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə kömək edir.
AQEM kimi beynəlxalq platformaların əsas üstünlüyü müxtəlif siyasi və iqtisadi maraqlara malik dövlətlər arasında dialoq üçün imkan yaratmasıdır. Belə təşkilatların səmərəliliyi yalnız keçirilən görüşlər və qəbul edilən sənədlərlə deyil, əldə olunan nəticələrlə ölçülməlidir. Qarşılıqlı etimadın gücləndirilməsi, ortaq problemlərin həlli və əməkdaşlıq layihələrinin reallaşdırılması təşkilatın beynəlxalq nüfuzunu artıran əsas amillərdir. Azərbaycanın sədrliyi dövründə bu istiqamətlərə diqqət yetirilməsi ölkəmizin çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfənin göstəricisidir.
Nəticə etibarilə, ərazi bütövlüyünün qorunması, sülhün təmin edilməsi və beynəlxalq əməkdaşlığın inkişafı bir-birini tamamlayan strateji istiqamətlərdir. Beynəlxalq təşkilatların qəbul etdikləri qərarların icrasının təmin olunması, dövlətlər arasında bərabərhüquqlu münasibətlərin möhkəmləndirilməsi və dialoqun konkret nəticələrlə tamamlanması qlobal təhlükəsizliyin əsas şərtlərindəndir. Azərbaycanın AQEM çərçivəsində fəaliyyəti və regional sülhə yönəlmiş siyasəti də bu məqsədlərə xidmət edərək ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradır.
Heydər Əsədov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-10-2026