1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri fəaliyyətini dayandırıb?
Tarix: 24-08-2026 | Saat: 17:55
Bölmə:Ölkə | çapa göndər

1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinin fəaliyyətinin dayandırılması ilə bağlı iddialar yayılıb.
“aia.az” xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) REAL TV-yə bildirilib ki, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinin inzibati binasının istismara yararsız vəziyyətdə olması ilə bağlı Səhiyyə Nazirliyi, TƏBİB və Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən binaya baxış keçirilib.
Qeyd olunub ki, müvafiq şöbələrin təmirə yararsız olması ilə bağlı aidiyyəti qurumlar tərəfindən rəy verilib. Vətəndaşların tibbi xidmətlərə əlçatanlığının və fasiləsiz tibbi xidmətin təmin olunması məqsədilə müəssisənin stasionar fəaliyyət göstərən Dəri şöbəsi Hövsan Sağlamlıq Mərkəzinin inzibati binasında ayrılmış şöbəyə köçürülüb.
Eyni zamanda, stasionar tibbi xidmət göstərən İnfeksion şöbənin fəaliyyəti ilə bağlı vətəndaşlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində müvafiq göndərişlərlə təmin olunurlar.
Qeyd edilib ki, tibb müəssisəsinin Ambulator poliklinika şöbəsi isə fəaliyyətini tam olaraq davam etdirir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-08-2026