Azərbaycan-Özbəkistan münasibətləri: Qardaşlıqdan strateji müttəfiqliyə, tərəfdaşlıqdan regional güc birliyinə - ŞƏRH
Tarix: 24-08-2026 | Saat: 16:06
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə sürətli inkişaf dinamikası ilə seçilir. Tarixi, mədəni və mənəvi yaxınlıq üzərində qurulan əlaqələr bu gün siyasi etimad, iqtisadi kooperasiya, qarşılıqlı investisiyalar, nəqliyyat və enerji layihələri ilə zənginləşərək strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib.
Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan-Özbəkistan münasibətlərinin mövcud vəziyyətini və qarşıdakı dövr üçün əsas prioritetləri aydın şəkildə ortaya qoydu. Dövlətimizin başçısının Daşkəndin və bütövlükdə Özbəkistanın inkişafına verdiyi yüksək qiymət iki qardaş ölkə arasında siyasi etimadın və qarşılıqlı hörmətin möhkəm əsaslar üzərində qurulduğunu bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Özbəkistan son illərdə sənaye, kənd təsərrüfatı, energetika, nəqliyyat infrastrukturu və investisiya mühiti sahələrində mühüm nəticələr əldə edib. İqtisadiyyatın şaxələndirilməsi, yeni istehsal sahələrinin yaradılması və beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsi bu inkişafın mühüm istiqamətlərindəndir.
Bakı-Daşkənd münasibətlərinin əsas xüsusiyyəti isə ondan ibarətdir ki, əməkdaşlıq artıq yalnız siyasi dialoqla məhdudlaşmır, konkret iqtisadi layihələrlə möhkəmlənir. Avqustun 23-də keçirilən Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasında bildirilib ki, son beş ildə qarşılıqlı ticarət üç dəfə artıb, birgə layihələrin ümumi portfeli isə 5 milyard dolları ötüb.
Qarşıya qoyulan növbəti mühüm hədəf qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılmasıdır. Səfər çərçivəsində 2030-cu ilədək əmtəə dövriyyəsinin bu həddə çatdırılmasına dair proqramın qəbul edilməsi siyasi iradənin konkret fəaliyyət planı ilə tamamlandığını göstərir.
Bu hədəf real iqtisadi göstəricilərə əsaslanır. Prezident İlham Əliyevin səfərdən əvvəl Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə qeyd etdiyi kimi, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında isə qarşılıqlı ticarət 33 faiz artaraq 144 milyon dollar təşkil edib.
İqtisadi əməkdaşlığın coğrafiyası və sahələri də genişlənir. Azərbaycan və Özbəkistan enerji, geologiya, kimya sənayesi, kənd təsərrüfatı, maliyyə, tikinti, avtomobil sənayesi, turizm və emal sektorlarında birgə layihələr həyata keçirirlər. Bu, iki ölkə iqtisadiyyatının bir-birini tamamlayan imkanlarından daha səmərəli istifadə üçün geniş perspektivlər yaradır.
İnvestisiya əməkdaşlığı bu prosesin mühüm istiqamətlərindəndir. 2023-cü ildə ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması biznes əlaqələrinin inkişafı üçün yeni imkanlar açıb. Səfər zamanı da fondun imkanlarından daha səmərəli istifadə və gələcəkdə kapitalının artırılması məsələləri diqqət mərkəzində olub.
Enerji sektoru da Azərbaycan-Özbəkistan əməkdaşlığının strateji istiqamətlərindən biridir. Neft-qaz sahəsində birgə layihələrlə yanaşı, bərpaolunan enerji sahəsində əməkdaşlıq da genişlənir. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaradılmış “Yaşıl Dəhliz Birliyi” Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
Nəqliyyat və tranzit sahəsi də Bakı-Daşkənd əməkdaşlığının regional əhəmiyyətini artıran əsas istiqamətlərdəndir. Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm nəqliyyat qovşaqları kimi Orta Dəhlizin imkanlarının genişləndirilməsində mühüm rol oynayırlar. 2025-ci ildə iki ölkə arasında tranzit daşımaların həcminin 6,7 faiz artaraq 1,4 milyon tona çatması, 2026-cı ilin ilk yarısında isə daha 12,2 faiz artım qeydə alınması bu potensialın real göstəricilərdə əksini tapdığını göstərir.
Məhz bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiya və Azərbaycanın “vahid geosiyasi və geoiqtisadi region” olması barədə fikri xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulması da regionlararası əlaqələrin siyasi müstəvidə daha da möhkəmləndiyini göstərir.
Bu prosesdə Özbəkistanın siyasi dəstəyi xüsusi qeyd edilməlidir. Prezident Şavkat Mirziyoyevin Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlığın genişləndirilməsinə verdiyi önəm Bakı ilə Daşkənd arasında ikitərəfli münasibətlərin daha geniş regional əməkdaşlıq mexanizmləri ilə əlaqələndirilməsinə imkan yaradıb. Beləliklə, Azərbaycan-Özbəkistan münasibətləri artıq yalnız iki dövlətin qarşılıqlı maraqları ilə məhdudlaşmır, regional inteqrasiyanın mühüm elementinə çevrilir.
Avqustun 23-də imzalanan “Əbədi dostluq haqqında” Müqavilə isə münasibətlərin siyasi-hüquqi əsaslarını daha da möhkəmləndirən mühüm sənəddir. Bununla yanaşı, pensiya təminatı, mədəniyyət, turizm, investisiya və ticarət, xarici işlər və ədliyyə sahələrində əməkdaşlığa dair sənədlər imzalanıb. Ürgənc-Xankəndi, Buxara-Laçın və Ürgənc-Naxçıvan şəhərləri arasında qardaşlaşma münasibətlərinin yaradılması da əlaqələrin regionlararası səviyyədə genişləndiyini göstərir.
Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm xüsusiyyətlərindən biri iqtisadi əməkdaşlığın humanitar və mənəvi bağlarla paralel inkişaf etməsidir. Özbəkistanın işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı bunun bariz nümunəsidir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası, “Dostluq bağı”nın salınması və Xankəndidə tikiş sənayesinə sərmayə qoyulması qardaş Özbəkistanın Azərbaycanın Böyük Qayıdış prosesinə verdiyi dəstəyin konkret ifadəsidir.
Səfər çərçivəsində Yeni Daşkənddə “Azərbaycan” parkının təməlinin qoyulması və Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının açılması da iki ölkə arasındakı humanitar əlaqələrin dərinliyini nümayiş etdirdi. Bu layihələr qarşılıqlı mədəni və təhsil əlaqələrinin gələcək nəsillər arasında daha da möhkəmlənməsinə xidmət edəcək.
Dövlət başçılarının yüksək dövlət təltifləri ilə təltif olunması da Azərbaycan-Özbəkistan münasibətlərinin siyasi və mənəvi çəkisini göstərən mühüm hadisədir. Prezident İlham Əliyevin Özbəkistanın ali dərəcəli “Dostluq” ordeni, Prezident Şavkat Mirziyoyevin isə “Heydər Əliyev” ordeni ilə təltif olunması onların iki ölkə arasında münasibətlərin inkişafına verdikləri şəxsi töhfənin yüksək qiymətləndirilməsinin ifadəsidir.
Bütün bunlar göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq sadəcə ikitərəfli əməkdaşlıq nümunəsi deyil. Bu əlaqələr Türk dünyasında həmrəyliyin, iqtisadi inteqrasiyanın və qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edən mühüm strateji modelə çevrilir. Qarşıdakı mərhələdə əsas vəzifə əldə olunmuş siyasi razılaşmaları konkret iqtisadi, sosial, humanitar və regional layihələrlə daha da zənginləşdirməkdir.
Prezident İlham Əliyevin Daşkənddə səsləndirdiyi fikirlərdən çıxan əsas nəticə ondan ibarətdir ki, Azərbaycan və Özbəkistan münasibətlərdə artıq yalnız perspektivlərdən deyil, konkret nəticələrdən və yeni hədəflərdən danışırlar. 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi, investisiya imkanlarının genişləndirilməsi, sənaye kooperasiyasının dərinləşdirilməsi, enerji və nəqliyyat layihələrinin inkişafı qarşıdakı mərhələnin əsas istiqamətlərini müəyyən edir.
Azərbaycan və Özbəkistanı birləşdirən münasibətlərin gücü siyasi liderlərin qarşılıqlı etimadı ilə yanaşı, xalqlarımız arasında əsrlər boyu formalaşmış mənəvi yaxınlığa, ortaq tarixi yaddaşa və qarşılıqlı maraqların uzlaşdırılmasına əsaslanır. “Əbədi dostluq haqqında” Müqavilə bu münasibətlərin mahiyyətini təsdiqləyən mühüm siyasi sənəddir. Qarşıdakı dövrdə bu möhkəm təməlin üzərində yeni layihələrin və təşəbbüslərin reallaşdırılması iki qardaş ölkənin strateji tərəfdaşlığını daha da gücləndirəcək.
Asif Əsgərov,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-08-2026