Qərb nəşrindən qorxunc XƏBƏRDARLIQ – İstanbul “SEYSMİK tələdə”
Tarix: 17-08-2026 | Saat: 17:39
Bölmə:Dünya | çapa göndər

“San-Fransiskodan tutmuş, Tokio və Tehrana qədər bir çox şəhərlər Yer qabığındakı böyük qırılma zonalarında və ya onların yaxınlığında yerləşir. Lakin 15 milyonluq əhalisi olan İstanbul böyük zəlzələ fəlakəti baxımından ən böyük risklə üz-üzədir”.
Bu barədə Qərb nəşri “Telegraf” yazıb.
“Səbəbi dənizdən bu möhtəşəm şəhərə baxan kimi aydın olur. Dolama yamacları olan, sıldırım mənzərəli təpə silsiləsi, tamamilə dik yamaclarda xaotik şəkildə sıralanan binalar. Bir çox ərazilərdə səkilər dik pilləkənlərdən ibarətdir. Altı və yeddi mərtəbəli sıra evləri olan bütün məhəllələr 19-cu əsrin sonlarında tələsik şəkildə ucaldılıb. Bir çoxu xaotik orta əsr küçə mənzərəsini təkrarlayır. Bütün bunlar İstanbulu dünyanın ən füsunkar turizm şəhərlərindən birinə çevirir. Lakin eyni zamanda, onu seysmik tələyə çevirir”, - məqalədə qeyd olunur.
Bildirilir ki, tektonik yarığın girişi – Türkiyənin şimalını Qara dənizə paralel və Mərmərə dənizinin altından keçən, daha sonra Gelibolu yarımadasından keçərək Egey dənizinə uzanan Şimali Anadolu yarığından cəmi bir neçə mil şimaldadır. “İstanbulda təxminən 250 ildə bir dəfə güclü zəlzələ baş verir. Son böyük tektonik dəyişiklik 1766-cı ildə olub. Yəni, təkrarlama vaxtı çoxdan keçib. 1999-cu ildə İzmirdə 60 mil şərqdə baş verən zəlzələ 17 000-dən çox insanın ölümünə səbəb olub. 2025-ci ilin aprelində Mərmərə dənizi yaxınlığında 6,2 bal gücündə zəlzələ isə İstanbulun özündə 230-dan çox insanın xəsarət almasına gətirib”.
Nəşrin xəbərdarlığı nə dərəcədə ciddidir?
Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib: “Mərmərə dənizindəki o fayın (qırılmanın) İstanbula təsiri çox böyükdür və şəhər yüksək seysmik zonada yerləşir. Bunu heç kim inkar etmir. Zəlzələlər olub, olur və olmalıdır da. Çünki bunlar yerin daxilində gedən tektonik proseslərlə bağlıdır. Yerin daxilindəki plitələrin və blokların hərəkət sürəti, istiqaməti eyni deyil.
Məsələn, Azərbaycanda da Kiçik Qafqaz və ərəb plitəsinin tərəfindən sıxılma var və bloklar Böyük Qafqaza doğru hərəkət edir. Blokların hərəkət sürətindəki fərqlər (məsələn, öndəki blok 8–10 mm, arxadakı blok 12–14 mm sürətlə hərəkət etdikdə) gərginlik və deformasiya yaradır. Nəticədə qırılma zonalarında zəlzələlər baş verir. Sakit okean çevrəsində, Yaponiyada, İndoneziyada, Tayvanda və Çində tektonik proseslər daha aktiv olduğu üçün orada 7–9 maqnitudalı çox güclü zəlzələlər müşahidə olunur. Zəlzələnin ocağı səthə nə qədər yaxın olarsa (10–30 km), dağıntı bir o qədər dəhşətli olur”.
Seysmoloq İstanbulun bir çox məhəllələrində binaların XIX əsrin sonlarında tələsik tikilməsi, infrastrukturunun dik pilləkənlərdən və köhnə sıx tikililərdən ibarət olması məsələsinə də fikir bildirib: “İstanbul tarixi və gözəl şəhərdir, lakin oradakı əsrlərdən qalma köhnə tikililər artıq istismar müddətini bitirib. İllərlə davam edən təbii təsirlər və mütəmadi yeraltı təkanlar o binaların zəlzələyə davamlılığını azaldıb, strukturu kövrəkləşdirib. Hətta bir neçə il öncə türkiyəli mütəxəssislər də Osmanlı dövründən qalan bu köhnə binaların yenidən qurulması məsələsini qaldırmışdılar.
2023-cü ilin fevralında Türkiyədə (Kahramanmaraş) baş verən zəlzələdən sonra biz də orada tədqiqatlar apardıq. Məlum oldu ki, dağıntıların əsas səbəblərindən biri tikinti normativlərinə əməl olunmaması və risklərin düzgün qiymətləndirilməməsidir. Mürəkkəb geoloji quruluşu olan ərazilərdə hər bina üçün fərdi geoloji araşdırma aparılmalıdır, ümumi xəritəyə baxıb hər yerə eyni balı şamil etmək düzgün yanaşma deyil.
O ki qaldı bəzi ekspertlərin “çamadanımı götürüb İstanbuldan qaçıram” kimi panik bəyanatlarına, bu, tamamilə yanlışdır. 15-16 milyonluq əhalini təşvişə salmaqdansa, maarifləndirmək lazımdır. Mütəxəssis gedib laboratoriyasında elmi işi ilə məşğul olmalıdır, efirə çıxıb əsassız panika yaratmamalıdır. Bəli, zəlzələ ehtimalı var, amma onun dəqiq vaxtını öncədən demək elmi cəhətdən hələ ki, mümkün deyil. Nobel vəsiyyətində də qeyd olunub ki, kim zəlzələnin qısamüddətli dəqiq proqnozlaşdırılması üsulunu ixtira etsə, böyük mükafat ona verilsin. Çünki bu, hələ də dünya elminin həll edə bilmədiyi bir məsələdir”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-08-2026
14:47 XİN Qabonu təbrik edib